İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi - SİYAHI

İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi - SİYAHIBirləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Üçüncü Komitəsinə üzv ölkələr İranda insan haqlarının vəziyyəti ilə bağlı Kanadanın təklif etdiyi qətnamə layihəsinə səs veriblər.
KONKRET.az xəbər verir ki, özünü Qafqazda "demokratiya brilliantı" adlandıran Ermənistan qətnaməyə qarşı çıxıb. İranda insan haqlarının vəziyyətilə bağlı qətnamə layihəsi lehinə 79, əleyhinə 30 səs, 71 nəfər bitərəf olmaqla təsdiq edilib.
Qeyd edək ki, Azərbaycan səsvermədə iştirak etməyib. İrana qarşı BMT qətnaməsinin əleyhinə səs verənlər:
Əfqanıstan
Ermənistan
Belarus
Boliviya
Bruney
Burundi
Kamboca
Çin
Kuba
Cənubi Koreya
Eritreya
Hindistan
İndoneziya
İran
İraq
Qazaxıstan
Qırğızıstan
Livan
Nikaraqua
Oman
Pakistan
Rusiya Federasiyası
CAR
Suriya
Türkmənistan
Uqanda
Özbəkistan
Venesuela
Vyetnam
Zimbabve
Sadalanan ölkələr İrandan qahmar çıxıb.
• Əfqanıstan, Pakistan və İraqın İranı dəstəkləməsini həmsərhəd olmaqları ilə izah etmək olar.
• Ermənistan İranın qonşusu – xislət əkizi, "qırmızı xətti" olduğu üçün qətnamənin əleyhinə çıxıb.
• Türkiyə və Azərbaycan İranla qonşuluğu nəzərə alaraq səsverməyə qatılmayıblar. Gürcüstan da səsvermədə iştirak etməyib.
• Suriya, Oman, İndoneziya, CAR kimi ölkələr islam amilinə görə Tehranın yanında olub.
• Lakin müsəlmanların qibləsi yerləşən Səudiyyə Ərəbistanı İrana qarşı qətnamənin lehinə səs verib.
• Rusiyanın Belarus kimi ən yaxın tərəfdaşlarının da İranın tərəfini tutması normaldır. Qərbin məhdudiyyətlərilə üzləşmiş Putin Kremlində vaxtaşırı yığışan liderlər molla rejiminə sanksiya həmrəyliyi göstərməliydi.
• Venesuela ilə oxşar siyasi xəttə malik Qoşulmama Hərəkatına üzv dövlətlər Qərbin insan hüquqları ilə bağlı çox qətnaməsini baykot edirlər. Amma Azərbaycan Qoşulmama sədri kimi İrana qarşı mövqeyini dəqiqləşdirsə, sözügedən təsisata üzv ölkələr 2020-də İrəvanı fitə basdıqları kimi Tehran şeytanlarını da daşlayacaqlar.
• Çin isə yeni tranzit layihələri və Şanxay Əməkdaşlıq Təşkilatındakı əməkdaşlığa görə İrana qarşı çıxmayıb.
Əsas odur ki, qətnamə qəbul olunub və proses davam etdiriləcəyi təqdirdə İranı "Yuqoslaviya" ssenarisi gözləyir. O ki qaldı qətnaməyə İranın mövqeyinə, bu, inkaredici xarakter kəsb edir. Farslar BMT-ni yalançılıqda günahlandırırlar. Elə bil ki, haqqını tələb edən yüzlərlə dinc sakini öldürən, minlərlə insan barəsində edam qərarı çıxartmaq istəyən bunlar deyil.
İran əleyhinə BMT qətnaməsi: 30 ÖLKƏ molla rejimini dəstəklədi - SİYAHIAnar Rəhimov,
KONKRET.az

Siyasi       Tarix: 19 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber novruz bayramı cəbhədən son vəziyyət valyuta mezennesi