İran Ermənistana XƏBƏRDARLIQ ETDİ
İran Ermənistana Araz çayının çirkləndirilməsi ilə əlaqədar müxtəlif iclaslarda lazımi xəbərdarlıqları edib.
Bunu İranın energetika naziri Rza Ərdəkanian İran və Azərbaycan arasında Araz və Mil-Muğan su bəndlərinin birgə istifadəsinin 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı jurnalistlərə açıqlamasında deyib.
R.Ərdəkanianın sözlərinə görə, son illər İranın Energetika Nazirliyi Ermənistanın sənaye tullantılarının Araz çayına axıdılmasının qarşısının alınmasında ciddi iradə nümayiş etdirir.
Nazir əlavə edib ki, Ermənistanın Araz çayına tullantıların axıdılması ilə əlaqədar addımları hələ də münasib səviyyədə deyil: "İran Azərbaycan, Türkiyə və Ermənistan arasında Araz çayının çirkləndirilməsinin qarşısının alınması və suyun keyfiyyətinin qorunması məqsədilə dördtərəfli iclasın keçirilməsi gündəmdədir. Qeyd olunan iclasın tezliklə İranın ev sahibliyi ilə keçiriləcəyinə ümid edilir".
Qeyd edək ki, bu gün (31 may) İranın energetika naziri Rza Ərdəkanian, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, iki ölkə səfirləri və iki ölkənin bəzi yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Araz və Mil-Muğan su bəndlərinin istifadəyə verilməsinin 50 illiyi və Qız Qalası su bəndinə su vurulması ilə əlaqədar tədbir keçirilib. /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər