İran Fransa avtomobillərinin idxalına qadağa qoydu
İran Fransa avtomobillərinin ölkəyə qeydiyyatı və idxalına qadağa qoyub.
KONKRET.az xəbər verir ki, İran Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.
Nazirliyin qərarı çərçivəsində Fransanın "Renault", "Peugeot" və "Citroen" kimi firmalarının istehsal etdiyi vasitələrin idxalına qadağa qoyulub.
"Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimiz Avtomobil idxalı yalnız Yapon, Koreya, Çin və Fransadan olmayan Avropa avtomobilləridir. İran onlara (fransızlara) İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərməyə imkan verməyəcək ", – Kalibaf bildirib.
İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox "Peugeot", "Renault" və "Citroen" kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü