İran indiki şəraitdə Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi? - Tehranın səs-küyü ilə bağlı İLGİNC AÇIQLAMA

İran indiki şəraitdə Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi? - Tehranın səs-küyü ilə bağlı İLGİNC AÇIQLAMAZəngəzur dəhlizinin region üçün böyük əhəmiyyəti var. Ermənilər isə müxtəlif yollarla dəhlizin açılmasına mane olmağa çalışırlar. Artıq uzun müddətdir koridorun açılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Zəngəzur dəhlizi açılacaqmı? Bu zaman İran prosesə mane ola bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, Zəngəzur dəhlizinin açılmasından başqa alternativ yoxdur:
İran indiki şəraitdə Zəngəzur dəhlizinin açılmasına mane ola bilərmi? - Tehranın səs-küyü ilə bağlı İLGİNC AÇIQLAMATofiq Abbasov
"Prezident İlham Əliyev demişkən, Zəngəzur dəhlizi onsuzda açılacaq və onun bölgədə yeri var. Çünki üç onillikdir ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində bölgəmizdə dözülməz vəziyyət yaranıb və kommunikasiyalar hamısı blokadaya alınıb.
Təbii ki, burada Ermənistan həmişə bütün tərəfləri bir-birinə qarşı salmağa çalışıb ki, müharibə şəraitini hər zaman qüvvədə saxlasın və nifrət, kin-küdurət hər şeydən üstün olsun. Çünki Ermənistanın Konstitusiyasında Azərbaycan və Türkiyə birmənalı şəkildə düşmən dövlətləri kimi yer alıblar.
Biz həmişə Ermənistanın qeyri-sağlam mövqedən çıxış etməsinin şahidi oluruq. Məsələnin qəribə tərəfi də odur ki, onlar öz mövqelərini dəyişmək istəmirlər. Sırf öz milli prizmalarından çıxış edərək, dünya birliyində olan qüvvələri, xalqları, etnosları və vətəndaşları "bizimkilər və özgələr" qruplarına bölürlər. Azərbaycan və Türkiyəni nifrət obyektinə çevirməyə çalışırlar.
Zəngəzur dəhlizi transkontinental kommunikasiya xəttidir və bütün xalqlara yalnız köməyi olacaq. Bir çox, hətta Azərbaycanın iştirak etmədiyi beynəlxalq tədbirlərdə belə Zəngəzur dəhlizinin adı sadalanır. Bildirilir ki, bu Avropa və Asiya arasında mühüm birləşdirici rol oynaya biləcək layihədir. İndi Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli formatda razılığa gəliblər ki, bu dəhlizin xüsusi əhəmiyyəti var və mütləq şəkildə tez bir zamanda ideadan reallığa çevrilməsi üçün işlər aparılmalıdır.
Proseslə bağlı müxtəlif yanaşmalar var. İranı qıcıqlandıran odur ki, bəzi ölkələr dəhlizin eksteritorial olmasını təkidlə tələb edirlər. Yəni Ermənistanın ərazisindən keçəcəksə, ermənilərin o dəhlizə heç bir aidiyyatı olmayacaq. Ona görə də İran çox səs-küylü kampaniya aparır ki, güya biz Ermənistanla yerüstü sərhədimizi itirmək istəmirik. Əgər belə bir dəhliz olarsa, niyə Ermənistanla İranın sərhəddi itsin? Hər bir vəziyyətdən çıxış yolları var".
T.Abbasov bildirib ki, bu gün Zəngəzur dəhlizi ilə bağlı formalaşan qeyri-müəyyən vəziyyət bitəcək:
"Digər tərəfdən bu eksteritorial olmaya da bilər. Biz o yolu çəkirik, çəkəcəyik də. Buna heç kəsin şübhəsi olmasın. Zəngəzur dəhlizi ilə bağlı indi qeyri-müəyyən, hətta bəzi hallarda dumanlı bir vəziyyət formalaşır, ancaq bu vəziyyət bitəcək. Çünki istənilən halda bu layihənin əleyhdarları anlayacaqlar ki, onların təlaşı, səs-küylü kampaniyaları həvəs idi. Amma tərəfdarların məsələyə münasibəti isə müsbətdir. Sağlam qüvvələr heç vaxt yeni kommunikasiyalardan çəkinmirlər. Əksinə onlar kommunikasiyaların xalqları bir-birilə birləşdirdiyini, qarşılıqlı ticarət proseslərini təmin etdiyini anlayırlar.
Qorxan tərəflər isə daim özlərinə qarşı başqalarından zərbə gözləyirlər. Bu şübhə yaratma ənənəsi ermənilərə xasdır. Ancaq Azərbaycan xalqı hər zaman sağlam dəyərlər və vəziyyət arzusunda olub, belə bir şəraitin bölgədə formalaşması üçün də əlindən gələni edir. Əminəm ki, Zəngəzur dəhlizi açılacaq. Bu gün dəhlizin açılmasını istəməyənlər isə özləri yanıldıqlarını etiraf edəcəklər".
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 23 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum