İran İslam dəyərlərinə uyğun olmayan addımlar atır

İran İslam dəyərlərinə uyğun olmayan addımlar atırŞəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən din xadimləri tərəfindən İranın ölkəmizə qarşı yeritdiyi siyasətə qarşı bəyanat yayıb.
azxeber.com həmin bəyanatı təqdim edir: 
Azərbaycan xalqı və dövləti tarixən bütün qonşuları ilə sülh, qarşılıqlı hörmət və əməkdaşlığa söykənən münasibət qurmağa calışıb. Əfsuslar olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımı şəkildə qiymətləndirilmir. Son vaxtlar İranlı din xadimlərinin Azərbaycana qarşı səsləndirdikləri bəyanatlar, İran ordusunun Azərbaycanla sərhəddə keçirdikləri hərbi təlimlər başda din xadimləri olmaqla bütün Azərbaycan xalqını narahat edir. Bizləri təəssüfləndirən məqamlardan biri də bu xoşagəlməz münasibətin məhz İran tərəfdən göstərilməsidir. Çünki başda İslam dini olmaqla, Azərbaycanla İranı bir-birinə bağlayan əsrlər boyu formalaşmış bir çox milli və mənəvi dəyərlərimiz vardır. İran isə həm Qarabag münaşiqəsi zamanı, həm də münaqişə həllini tapdıqdan sonrakı dövrdə təcavüzkar Ermənistana yaxın münasibət göstərmişdir. Biz din xadimləri olaraq İranın ikili standartını pisləyir, iki xalq arasındakı əlaqələrə xəyanət kimi qiymətləndiririk. 67 məsciddən 65-ni dağıdan Ermənistan ilə əməkdaşlıq etmək özünü İslam respublikası adlandıran İran üçün İslam dəyərlərinə uyğun olmayan addımdır.
Bizim məscidlərimizdə heç bir dövlətə qarşı təbliğat aparılmır. Lakin milli mənəvi dəyərlərimizə, eyni zamanda dövlətçiliyimizə qarşı hər hansı təhdid və ya qarayaxma kampanyasına səssiz qala bilmərik. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq hər zaman dövlətçiliyimizə sadiqdirlər və ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. İran öz məkirli siyasətindən əl çəkməlidir.
Din xadimləri olaraq bizlər də İran İslam Respublikasının Azərbaycana qarşı yeritdiyi siyasətin müsəlmanlar arasında qarşıdurmalara səbəb olduğunun fərqindəyik. Tolerantlığın və multikulturallığın ölkəmizdəki önəmini vurğulayaraq bir daha bəyan edirik ki, İranın bu siyasəti iflasa uğrayacaq. Buna səbəb isə bizim cənab Ali Baş komandanımız İlham Əliyevin dəmir yumuruğu ətrafında birləşməyimizdir. Bu birlik siyasi, iqtisadi və dini birlikdir ki, bunu heç bir kənar qüvvə poza bilməz. Xalqımız milli-mənəvi dəyərlərimizi tarix boyu qoruyub saxlamış və bu ənənəni pozmağa heç bir dövlətin gücü çatmaz.

Sosial       Tarix: 29 dekabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gune olan xeberler xeber metbuat kriminal bugun