İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH

İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRHXəbər verdiyimiz kimi, iki gündür İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
İsrailin İranın müxtəlif ərazilərinə endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami ölüb.
İki ölkə arasında baş verən gərginliyi şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli qarşıdurmanın qısa sarsıntıya səbəb olacağını deyib:
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH"İsrailin İrana qarşı quru əməliyyat keçirməsi indiki regional və texniki reallıqlar fonunda praktiki olaraq mümkün deyil. Bu cür zərbələr qısa müddətli sarsıntıya səbəb olsa da, kütləvi miqrasiyaya yol açan genişmiqyaslı dağıntılara səbəb olmur".
Millət vəkili həmçinin qeyd edib ki, nüvə obyektlərinə qarşı hücumlar, sistemli miqrant axınına səbəb olmaq potensialına malik deyil:
"Havadan həyata keçirilən hədəfli zərbələr, istər nüvə obyektlərinə, istərsə də xüsusi şəxslərə qarşı yönəlsin, onların lokal təsiri olur və bu cür zərbələr qısa müddətli sarsıntıya səbəb olsa da, kütləvi miqrasiyaya yol açan genişmiqyaslı dağıntılara səbəb olmur. İran ərazisində baş verə biləcək lokal hava zərbələri, məsələn Natanz və Fordo kimi nüvə obyektlərinə qarşı hücumlar, sistemli miqrant axınına səbəb olmaq potensialına malik deyil. Bu cür hücumlar məhdud coğrafiyada təsir göstərir.
Hava zərbələri intensiv hal alarsa siyasi xaos yarana bilər: 
"Fərz edək ki, hava zərbələri intensiv xarakter alır və İranda daxili siyasi xaos yaranır – bu halda miqrasiya riski lokal deyil, siyasi səbəblərlə müşayiət oluna bilər. Yəni təhlükə, hücumun özündən deyil, onun yaratdığı sistem böhranından doğa bilər. 
Bu baxımdan,miqrasiya təhlükəsi yalnız nadir hallarda və fərziyyə səviyyəsində reallaşa bilər və bu, dövlətin idarəetmə gücündən, beynəlxalq reaksiyalardan və İranın daxili sabitliyindən asılı olacaq. Radiasiya riski isə texniki olaraq realdır, amma məhdud və monitorinq altında idarə oluna biləcək xarakter daşıyır".
Yaşanan gərginliklə bağlı azxeber.com-a danışan siyasi şərhçi Mübariz Göyüşlü baş verənlərin gözlənilən olduğunu bildirib:
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH"Bu hücum gözlənilirdi. İllərdir ki, İran-İsrail ilə çox gərgin münasibətlərdə idilər. Biz yaxın aylarda iki ölkənin qarşılıqlı raket hücumlarının da şahidi olmuşduq. İran və İsrail birbaşa quru sərhədləri olmayan iki ölkədir. Bəlkə də quru sərhədləri olsaydı, bu mübarizə quru qoşunlarının müharibəsinə qədər gedib çıxardı. Dünən baş verən hadisə də gözlənilən idi. Çünki ABŞ-də Trump hakimiyyətə gəldikdən sonra onun İsrailə açıq dəstəyi daha güclü idi. İrana qarşı çox ciddi təzyiqlər hələ müşahidə olunurdu. İsrail də üslubunu sərtləşdirmişdir. Hətta Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Gross də açıqlama vermişdi ki, İranda nüvə proqramı ilə bağlı narahatlıqların mövcud olduğunu açıqlamalarında dilə gətirmişdi. Bu, təbii ki, artıq İsrailə əlavə hərəkətlənmələr üçün şərait yaratmışdı
Politoloq deyib ki, İrana sarsıdıcı zərbələr vurulub: 
"İrana çox ciddi hava zərbələri endirilib. İranın da buna cavabı olacaq. Amma bu cavab İsrailin endirdiyi zərbələr qədər effektiv olacaqmı, bax bu inandırıcı deyil. Çünki əvvəllər də bu tip hadisələr baş verən zaman İranın zərbələri İsrailin zərbələri qədər dəqiq və təsiredici olmayıb. İsrailin bundan əvvəlki zərbələri də o qədər təsiredici olmayıb, ancaq bu dəfə tam əksinə çox sarsıdıcı zərbələr endirilib".
Şərhçi bildirib ki, münaqişə müharibə mərhələsinə qədər gəlib çıxsa dünyanı ciddi fəlakətlər gözləyir:
"BMT başda olmaqla aparıcı dövlətlər və təşkilatlar bu mövzuda barışdırıcı mövqedən çıxış etməyə çalışmalı, xüsusən, ABŞ Trump administrasiyası və bölgənin növbəti bir gərgin, müharibəli, problemli məhrələdən keçməsinə çalışmalıdır. Əgər çox ciddi şəkildə müharibə mərhələsinə qədəm qoyulsa proseslər, Yaxın Şərqi və dünyanı ciddi fəlakətlər, kataklizmlərin içərisində görə bilərik".
İran İsraili müharibəsi başlasa, Azərbaycana necə təsir edəcək? sualına cavab verən siyasi şərhçi bu halın arzuolunmaz və təhlükəli olduğunu bildirib:
"Bu çox təhlükəli və arzuolunmaz bir ssenaridir. İran bizimlə geniş sərhəddə malik olan qonşu dövlətdir. İsrail-İran münaqişəsi çox qaynar fazaya keçərsə bunun Azərbaycana da müəyyən təsiretmə ehtimalı var. Ancaq bu zaman Azərbaycan üçün daha təhlükəli məsələlər ortaya çıxa bilərmi, xeyir. Azərbaycan öz sərhəddini də, təhlükəsizliyini qormaq gücünə malik olan Cənubi Qafqazın ən güclü dövlətidir. Bu mənada əhalinin çox təşvişə düşməsinə ehtiyac yoxdur. Ancaq ümumən götürsək müharibənin fazası genişlənərsə problemlərin ola bilmə ehtimalı var. Azərbaycan bu vəziyyətdən çıxacaq gücdədir".
Günel Hüseynli
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası,region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" 
mövzusunda dərc edilib.
İran-İsrail gərginliyi Azərbaycana necə təsir edəcək? - ŞƏRH

Siyasi       Tarix: 14 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq

Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, – problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, – arxada qoymuşuq. Bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzr

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib

Prezident İlham Əliyev "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027-2029-cu illər üzrə Milli Fəaliyyət Planı"nı təsdiq edib. xəbər verir ki, bununla bağlı dövlət başçısı yen

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik

Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi idman xeberleri ən son xəbərlər bugün qurban bayrami 2026