İran İsraili necə cəzalandıracağına özü qərar verəcək - Kənani
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani İsrailin Dəməşqdəki İran konsulluğunun binasına hücumunu kəskin şəkildə pisləyib.
KONKRET.az xəbər verir ki, İRNA-nın məlumatına görə, Kənani "İran təcavüzkarı necə cəzalandırılacağına özü qərar verəcək", – qeyd edib.
Kənani bu hücumu beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb.
"Bu hərəkət beynəlxalq ictimaiyyət tərəfindən ən qəti şəkildə pislənilməli, təcavüzkara qarşı tədbirlər görülməlidir", – deyə o əlavə edib.
XİN nümayəndəsi hücumun məsuliyyətinin İsrail üzərinə düşdüyünü vurğulayıb.
Bundan əlavə, İranın xarici işlər naziri Hüseyn Abdollahian suriyalı həmkarı Feysal Mekdad ilə telefon danışığında bildirib ki, İsrailin Suriyanın paytaxtı Dəməşqdəki İran konsulluğuna hücumu bütün beynəlxalq öhdəliklərin pozulmasıdır.
O, suriyalı həmkarına hücumdan sonra İranın Dəməşqdəki səfirliyini ziyarətinə görə təşəkkür edib.
Suriyalı nazir öz növbəsində İsrailin Suriyadakı İran konsulluğuna hücumlarını qətiyyətlə pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək