"İran mediasında Azərbaycana qarşı ancaq və ancaq nifrət püskürülüb" - Deputat
Xəbər verdiyimiz kimi, İran Azərbaycana etiraz notası verib. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etdirilməsinin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi bununla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib:
"İran bu destruktiv prosesin dayandırılmasını və aradan qaldırılmasını tələb edərək, medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir".
Bəs İranın indi də Azərbaycan mediasının hədəf alması nəyə hesablanıb?
Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.
O qeyd edib ki, İranın Azərbaycanı günahlandırmağa heç bir haqqı yoxdur:
"İranın bütün mediasında, televiziyalarında Azərbaycanın birinci şəxsini belə sərt ifadələr işlədiblər, Azərbaycan xalqını, Azərbaycan siyasətçilərini, Parlamentini, Parlamentin üzvlərini aşağılayıblar. Onların bütün mediasında Azərbaycana qarşı ancaq və ancaq nifrət püskürülüb. Onlar İran cəmiyyətini Azərbaycana qarşı nifrət ruhunda kökləyirlər. Ona görə də, mənə belə gəlir ki, bu, qabaqdangəlmişlikdir".
Deputat deyib ki, İranın Azərbaycanı günahlandırmağa mənəvi, yaxud da hüquqi haqqı yoxdur:
"Azərbaycan həmişə İranın maraqlarını gözləyib. İrana qarşı Azərbaycan mediasında gedən tənqidi yazıların da qarşısını alınırdı, məsləhət görülürdü ki, İran haqqında tənqidi heç nə yazmayın. Parlamentdə belə İran haqqında tənqidi fikirlər səsləndirməyə icazə verilmirdi. Hətta mənim hörmətli deputat həmkarım Bəhruz Məhərrəmov İranla bağlı tənqidi fikir səsləndirmişdi, ona töhmət verilmişdi, Azərbaycan bu jesti İran üçün etmişdi, amma Bəhruz müəllm nə demişdisə, düz demişdi. Haqqı var idi onu deməyə. Bu gün isə bunlar qabaqdangəlmişlik edib Azərbaycana nota verib deyirlər ki, sizin medianızda təhqir olunuruq və ya bizə qarşı tənqidi fikirlər səslənir. Niyə səslənir? Siz bu vəziyyətə çatdırdınız. Siz Azərbaycan xalqını buna vadar etmisiniz. Azərbaycan mediasını, siyasətçilərini, hökümətini buna vadar etmisiniz. Daim bizi təhdid edirlər, bizi qorxu altında saxlamaq istəyirlər. Onlar Azərbaycandan hansı bir rəhmdillik, yaxud bir xoş rəfdar gözləyə bilərlər?
Tehranın mərkəzində Azərbaycan səfirliyini gülləboran edib terror aktına məruz qoyublar, bir nəfərimizi də şəhid ediblər, digərlərini yaralayıblar. Azərbaycanın paytaxtında, Bakının düz göbəyinin ortasında fəal bir deputatı – Fazil Mustafanı gülləboran ediblər, terror aktına məruz qoyublar və onun həyatını Allah xilas edib. Onların heç bir halda Azərbaycanı günahlandırmağa nə mənəvi, nə də hüquqi haqları var".
Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə cavab notası təqdim olunub.
Aydın Nuri
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir