İran Naxçıvanla sərhədə niyə qoşun yığır? - Deputatdan açıqlama
"Görüntülər göstərir ki, İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir".
azxeber.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, aydındır ki, bu təlimlər və təhiddlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil: "Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir".
Millət vəkili bildirib ki, məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub: "İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib".
"Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranin qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil", - deyə deputat əlavə edib.
Aydın

Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir