"İran özündən çıxmasın, Azərbaycan təhdidlərə cavab verir" - ƏTRAFLI
İranın Azərbaycana qarşı təhdidləri davam edir. Ölkənin "Khabar Online" agentliyində dərc olunan məqalədə "Azərbaycan "böyük qardaş"ına təkəbbür göstərib" ifadəsinə yer verilib. İran birbaşa ölkəmizə hədə-qorxu gələrək rəsmi Bakıya qarşı kəskin mövqe nümayiş etdirib.
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, Azərbaycan heç vaxt İrana qarşı təxribat törətməyib, atılan addımlar cavab xarakterli olub:
"Guya Azərbaycanda Ermənistan üzərindəki məhz 44 günlük qısamüddətli, ancaq böyük qələbədən sonra özünə əminlik yaranıb və artıq daha təkəbbürlü olub. Ona görə İranla da ehtiyatsız davranır. Azərbaycanın Qarabağdakı qələbəsi məhz İrana daha təkəbbürlü baxmağına səbəb olub. Hətta burada İran əvəzinə "böyük qardaş" ifadəsi də işlənib. Güya İran əslində Azərbaycanın böyük qardaşıdır. Azərbaycana xəbərdarlıq edilib ki, İran Ermənistan deyil, İran və Azərbaycanın güc miqyası eyni deyil.
Ancaq bu xəbərdarlığın müəllifləri əsas məsələni unudurlar ki, Azərbaycan-İran münasibətlərində güc balansının necə olmasından asılı olmayaraq, Azərbaycanın cavabları daha reaktivdir. Biz heç vaxt İrana qarşı təxribat törətməmişik. Bizim addımlarımız daha çox İranın Azərbaycana qarşı atdığı təxribatçı addımlara cavab olub. Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi də İranın Qafanda konsulluq açmasına cavab olaraq atılan addımdır. İran Azərbaycan sərhədlərində hərbi təlimlər həyata keçirib. Cavab olaraq da Azərbaycan İranla sərhədlərdə Türkiyə ilə birlikdə hərbi təlimlər keçirdi".
Politoloqun sözlərinə görə, İranın bu cür addımları ilk deyil:
"İranın Azərbaycana qarşı atdığı neqativ addımlar çoxdur. Bu faktlar yeni deyil. 1990-cı illərdə də belə olub. Məsələn, Naxçıvan blokadasını 53 ölkə pislədiyi halda İran pisləməyib, halbuki Naxçıvan əhalisi həmin dövrlərdə həqiqətən çıxılmaz vəziyyətdə idi. Eyni zamanda, bura tarixi şiə inancının güclü olduğu bir regiondur. Xəzər dənizində Azərbaycan gəmilərinə hücumlar, ərazilərimizdən narkotrafik kimi istifadə edilməsi, Azərbaycanda dini ekstremizmin yayılması da İrandan qaynaqlanır. Azərbaycan isə sadəcə bu hadisələrə cavab vermək məcburiyyətində qalıb.
Ona görə də İranın bu cür ittihamları yersizdir. İran Azərbaycana qarşı təxribatları dayandırarsa, münasibətlər normal qaydaya düşəcək. Azərbaycan prezidentinin münasibətlərin normallaşması ilə bağlı şərtləri var. İran tərəfindən bu şərtlər nəzərə alınarsa, proses daha da sürətlənəcək".
Fidan Ali,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir