İran parlamentinin deputatı: "Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq
İran parlamentinin deputatı: "Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq"
"İran və Azərbaycan parlamentlərarası dostluq qrupu iki ölkənin əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil olunur".
İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayıli bildirib.
"İranın Azərbaycan Respublikası ilə ticarət və ixracat əlaqələri illər əvvəl mövcud olub və çalışırıq ki, bu əlaqələr güclənsin", - o qeyd edib.
V.İsmayılinin fikrincə, İran, xüsusilə Ərdəbil əyaləti Azərbaycan Respublikası ilə qonşu olması səbəbindən ixracat və ticarət baxımından, əsasən də kənd təsərrüfatı məhsulları sektorunda yaxşı əlaqələrə malikdir:
"İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycan Respublikası ilə ticarət balansını artırmağa çalışacağıq.
İran və Azərbaycan Respublikası arasında ticarət əlaqələrini icra olunmuş plana uyğun olaraq inkişafı məqsədilə qərara alınıb ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup ticarət əlaqələrinin artmasında əsas rolu oynayacaq".
"Həmsərhəd olmağımızdan bir fürsət olaraq istifadə etməliyik və bununla əlaqədar iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək", - deyə Vəli İsmayıli vurğulayıb. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Masallıda kişi evində ölü tapıldı
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı