İran PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edir – ŞƏRH

İran PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edir – ŞƏRHTürkiyənin regionda və dünyada qlobal gücə çevrilməsi dostlarını sevindirməklə yanaşı, bəzilərinin yuxularına haram qatır. Qardaş ölkənin regionda apardığı uğurlu siyasətinə mane olmaq və onu zəiflətmək istəyənlərin sayı çoxdur. Bunlardan biri də İrandır.
Belə ki, İranın İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat Xidmətinin rəisi Hüseyn Taibin qardaşı, mühafizəkar siyasətçi Mehdi Taib İraqdakı Türkiyə mövqelərinin atəşə tutulmasının arxasında İranın olduğunu açıqlayıb. Onun yayımlanan səs yazısında Türkiyənin Suriya və İraqda terrora qarşı apardığı hərbi əməliyyatları tənqid etdiyi məlum olub. İran lideri Əli Xamaneiyə yaxınlığı ilə tanınan Taib tamaşaçıların birinin "İraq Türkiyəni vurdu" sözlərinə cavab olaraq "İraq deyil, bizik" deyə cavab verib.
Mehdi Taibin bu açıqlaması nə dərəcədə doğrudur? Onun bu fikirləri iki dövlət arasında münasibətlərə necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Şahin Cəfərli bildirib ki, Türkiyə və İran Orta Şərqdə bir-birinə rəqib olan ölkələrdir:
"Türkiyə-İran münasibətləri heç vaxt hamar olmayıb. İki ölkə rəhbərliyi münasibətlərin inkişafı ilə bağlı zaman-zaman açıqlamalar verir. Lakin hamıya məlumdur ki, Türkiyə və İran Orta Şərqdə bir-birinə rəqib olan ölkələrdir. Hər iki ölkə regionda öz təsir sferasını genişləndirməyə çalışır. Bu mənada İran və Türkiyənin maraqları İraq da daxil olmaqla toqquşur. İranın PKK-nın terror təşkilatı ilə gizli əlaqələri heç kimə sirr deyil. Bu barədə Türkiyə mediasında da müxtəlif dövrlərdə məlumatlar yayımlanıb. İki ölkə arasında əslində heç vaxt qarşılıqlı etimada və güvənə əsaslanan münasibətlər mövcud olmayıb. İran hər nə qədər kürd separatizmindən əziyyət çəksə də əslində PKK-nın bölgədə mövcud olmasında hər zaman maraqlı olub. Çünki İran zaman-zaman PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edib".
İran PKK-dan Türkiyəni zəiflətmək məqsədilə istifadə edir – ŞƏRHPolitoloqun fikrincə, Mehdi Taibin bu açıqlaması tərəflər arasında gərginliyə səbəb ola bilər:
"İran İnqilab Keşikçiləri Korpusu kimi radikal dövlət orqanı rəsmisinin belə bir bəyanat səsləndirməsi əslində sürpriz deyil. Şübhəsiz ki, bu, Türkiyə üçün qəbulolunmaz bir məsələdir. Yəqin ki, qardaş ölkə məsələyə öz etirazını bildirəcək. Əgər İranın siyasi rəhbərliyi Mehdi Taibin bu mövqeyini dəstəkləyərsə, münasibətlərin soyuqlaşmasına səbəb olacaq. Lakin qeyd etdiyim kimi, son illər Türkiyə-İran münasibətləri bu formada inkişaf edir. Qarşılıqlı etimad olmadan və rəqabətin gücləndiyi bir şəraitdə dövlətlərarası münasibətlər bəzən isti, bəzən soyuq formada davam edib. Hesab edirəm ki, qeyri-sabit münasibətlər qarşıdakı illərdə də davam edəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Siyasi       Tarix: 10 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

Prezident icra başçısını vəzifəsindən azad etdi

Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda azerbaycanda son xeberler hava son xeberler bu gun