İran qonşu ölkələrlə sərhədləri bağladı
İranın Koronavirusla Mübarizə Milli Komitəsinin qərarına əsasən, bu gündən (25 dekabr) İran qonşu ölkələrlə sərhəddə 15 gün müddətinə sərnişinlərin keçidini bağlayıb.
Publika.az xəbər verir ki, bu haqda məlumat verən İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib ki, qonşu ölkələrlə sərhədlərin vətəndaşlar üçün bağlanmasının səbəbi koronavirusun "omikron" ştamının yayılmasının qarşısını almaqdır.
Lətifi əlavə edib ki, hazırda İran Türkiyə, İraq, Azərbaycan, Pakistan, Əfqanıstan və digər ölkələrlə sərhəd-gömrük məntəqələrini bağlayıb. Sadəcə, diplomatlar və ailələri, daimi yaşamaq, təhsil, müalicə və ticarət icazəsi olan şəxslər sərhədlərdən keçə bilərlər.
"Qonşu ölkələrlə ticarət üzrə bütün sərhəd-keçid məntəqələri fəaliyyət göstərir və heç bir məhdudiyyət tətbiq olunmayıb", - deyə o bildirib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var