İran ŞOKDA - ABŞ ordusu daha 6 komandanı öldürdü
İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi "Haşdi Şabi" qüvvələrinin komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.
Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 nəfər həlak olub. Onların kimliyi barədə məlumat verilmir. İraqın "Sumeriyə" televiziyasının məlumatına görə, həlak olan şəxslər "Haşdi Şabi"nin nəzarətindəki yerli qruplaşmanın liderləridir.
"Haşdi Şabi" qüvvələri isə hücum zamanı komandanların hədəfə alınması barədə məlumatları təkzib edib. İddialara görə, avtomobil karvanındakı şəxslər həkimlər olub. Hücumun ABŞ ordusu tərəfindən təşkil olunduğu güman edilir. Hadisə barədə rəsmi açıqlama yoxdur.
Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində "Qüds" qüvvələrinin komandanı general Qasım Süleymani və "Haşdi Şabi" qruplaşmasının 7 nümayəndəsi həlak olub.
Anar Türkeş /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək