İran son kozırını işə saldı: ABŞ-a TƏRS SİLLƏ

İran son kozırını işə saldı: ABŞ-a TƏRS SİLLƏ"ABŞ-ın Hörmüz boğazını və İran limanlarını blokadaya alma ehtimalı regionda gərginliyi kəskin şəkildə yüksəldə və onu strateji böhran səviyyəsinə çatdıra bilər. Çünki bu boğaz qlobal enerji daşımalarının əsas arteriyalarından biridir və burada hər hansı məhdudiyyət təkcə İranı deyil, beynəlxalq bazarları da birbaşa təsir altına salır".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:
İran son kozırını işə saldı: ABŞ-a TƏRS SİLLƏ"Belə bir addım Tehran tərəfindən iqtisadi mühasirə və faktiki müharibə aktı kimi qəbul oluna bilər və nəticədə İranın asimmetrik cavab mexanizmləri – dəniz təhlükəsizliyinə təhdidlər, regiondakı müttəfiqlər üzərindən təzyiq və ya lokal hərbi addımlar ativləşəcək. Bu isə gərginliyi yalnız ikitərəfli çərçivədən çıxararaq daha geniş regional qarşıdurmaya çevirəcək".
Politoloq qeyd edir ki, bununla belə, mövcud vəziyyətin tammiqyaslı müharibəyə çevrilməsi hələ də məhdud ehtimal kimi qiymətləndirilir.
"Həm ABŞ, həm də İran belə bir ssenarinin yüksək iqtisadi, hərbi və siyasi xərclərini anlayır. ABŞ üçün geniş müharibə regionda nəzarəti çətinləşdirə və qlobal enerji bazarlarında qeyri-sabitlik yarada bilər, İran üçün isə bu, dövlət infrastrukturu və daxili sabitlik baxımından ciddi risklər deməkdir. Buna görə tərəflər daha çox "idarə olunan eskalasiya" modelinə üstünlük verəcək. Yəni gərginlik yüksək səviyyədə saxlanılır, lakin tammiqyaslı toqquşmadan qaçılır. Bu isə riskin tam aradan qalxmadığını, sadəcə nəzarətdə saxlandığını göstərir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 14 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən şad xəbər xeber az oxu.az xeberler sonxəbərlər