"İran zəifləyəcək. Ermənistan daha da geriləyəcək" - Erməni mətbuatı
Ermənistan və Azərbaycanın rəhbərliyinin danışıqları paradoksal olaraq Ərdoğanla Putin arasında əməkdaşlığa gətirib çıxardı. Onlar İrana və Qərbə qarşı lokal passiv təcavüzə əsaslanan "tərəf" kimi çıxış edirlər.
KONKRET.az xəbər verir ki, erməni teleqram kanalları bu haqda yazı paylaşıb.
"Dəhlizin reallaşması istər-istəməz bu balansın pozulmasına gətirib çıxaracaq. Bəlkə də indi yox. Amma 10 ilin üfüqündə bu üçlüyün böyük toqquşması görünür.
Dəhlizin açılması Rusiyanı daha güclü və subyektiv etməyəcək. Lakin qisasçılıq dərəcəsini mütləq yüksəldəcək. İran zəifləyəcək. Ermənistan daha da geriləyəcək".
Erməni mediası dəhlizlə bağlı məsələnin Ermənistanın gələcəyi üçün həmişəlik bağlanmasının yaxşı olacağını iddia edir.
"İran bir vaxtlar David Bəy dövründə Süniklə olduğu kimi, "Artsax"ı tanımalı olacaq. Əks halda İran olmayacaq. Hindistan "Artsax"ı tanımasa, gec-tez Çinlə toqquşacaq. Səudiyyə Ərəbistanı və BƏƏ "Artsax"ı ona görə tanımalıdırlar ki, "Bayraktar"la qarşılaşmasınlar. Bu nöqteyi-nəzərdən Rusiya "Artsax"ı tanımalı olacaq, əks halda hər şeyini itirəcək" – deyə ermənilər düşünür.
Ermənilər sonda müqavimət göstərməkdənsə, əvvəldə müqavimət göstərməyi daha doğru sayır.
Biz də hesab edirik ki, Azərbaycan heç bir zaman Qarabağa muxtariyyət verməyəcək. Zəngəzur dəhlizi isə istəsəniz də, istəməsəniz də olacaq!
Ayan
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi