İrana qarşı gizli əməliyyat - Məşhur komandir öldürüldü - FOTO
İraqda İranla bağlı növbəti əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, bu ölkıdı fəaliyyət göstərən iri şiə hərbiləşmiş qruplarından birinin lideri olan Taleb Abbas Əli əl-Səidi öldürülüb.
Belə ki, İraq şiələrinin Xalq Səfərbərlik Qüvvələrinin komandiri olan Taleb Abbas Əli əl-Səidi Bağdaddan 90 kilometr məsafədəki Kərbala şəhərində naməlum silahlıların həyata keçiriyi əməliyyat nəticəsində öldürülüb, lakin əməliyyatın təfərrüatları barədə məlumat yoxdur.
Taleb Abbas Əli əl-Səidi Xalq Səfərbərlik Qüvvələrinə bağlı Kərbala Briqadasının komandiri idi. Bu silahlı qruplaşma İraqda ABŞ qüvvələrinə qarşı tez-te hücumlar təşkil edir.
Qeyd edək ki, Taleb Abbas Əli əl-Səidinin öldürülməsi ABŞ ordusu tərəfindən İranın İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds" xüsusi təyinatlı qüvvələrinin komandiri, general Qasım Süleymaninin və briqadanın biri general olmaqla daha 4 zabitinin, o cümlədən İraqdakı "Həşdi Şabi" qruplaşmasının komandir müavini Əbu Mehdi əl-Mühəndisin öldürülməsi əməliyyatından bir neçə gün sonraya təsadüf edir. Həmin əməliyyat yanvarın 3-də Bağdad aeroportu yaxınlığında keçirilib. İran yanvarın 8-də qisas olaraq ABŞ-ın İraqdakı aviabazalarına raket zərbələri endirib.
İraqdakı yaxşı silahlanmış "Xalq Səfərbərlik Qüvvələri" İranın "Əl-Qüds" qüvvələri tərəfindən dəstəklənir. /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi