İrana qarşı müharibə ssenarisi: "İntensiv hazırlıq gedir" - ŞOK İDDİA
İran İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarına meydan oxumaq üçün bölgəyə, o cümlədən İsrail təyyarələrinin müntəzəm olaraq hava zərbələri endirdiyi Suriyaya zenit-raket batareyaları yerləşdirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin "Yerusəlim Post" qəzeti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, İsrail İranın bölgədə möhkəmlənməsi, Suriya və Livanda qabaqcıl silahların qaçaqmalçılığının qarşısını almaq məqsədilə Suriyada yüzlərlə zərbələr endirib.
Nəşr bildirib ki, İran İsrail ordusu üçün əsas prioritetdir və baş qərargah rəisi general-leytenant Aviv Koçavi ehtimal olunan müharibəyə hazırlıq və hərbi təlimlər üçün əlavə müdafiə büdcəsinin ayrıldığını açıqlayıb:
"İsrail Silahlı Qüvvələri, həmçinin İranın nüvə obyektlərinin hədəf alındığı ssenarilər üçün intensiv təlimləri bərpa edib".
Qəzet İranın İsrail və digər region ölkələri üçün böyük təhlükə yaratdığını yazıb.
Nəşr İsrail müdafiə naziri Benni Qantzın İranın ölkəsinə qarşı yaratdığı təhlükəni aradan qaldıracağı vədini də xatırladıb.

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm