İranda 3 nəfər edam olundu
Bu gün səhər saatlarında İranın İsfahan şəhərində "Xane-i-İsfahan" həbsxanasında Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi barəsində çıxarılan ölüm hökmü icra olunub.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı "Fars" agentliyi yayıb.
Qeyd edilib ki, onlar 2022-ci ilin noyabrın 25-də İsfahanda Məhhəle-Xane meydanın təhlükəsizlik qüvvələrinin 3 əməkdaşına silahlı hücum edərək, onları qətlə yetirməkdə təqsirli biliniblər.
Xatırladaq ki, son bir neçə gündə İsfahan şəhərinin mərkəzi həbsxanası qarşısında edam olunan 3 nəfər barəsində çıxarılan ölüm hökmünə etiraz aksiyası keçirilib. Həbsxana qarşısına toplaşan insanlar hökumət əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, Tehran rejiminin hərbi-polis qüvvələrinin etirazçılara qarşı odlu silahlardan atəş açdığına dair məlumat yayılmışdı. Narazılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu da bildirilirdi.
Həbsxana qarşısında aksiya artıq edam edilmiş Məcid Kaziminin saxta etiraflara məcbur olunmasından sonra başlayıb. Məlumata görə, ona etiraz almaq üçün işgəncə verilib.
Xatırladaq ki, edam edilmiş Saleh Mirhaşimi, Məcid Kazemi və Səid Yəqubi ötən il sentyabrın 17-də başlayan etiraz aksiyalarının fəal iştirakçıları olub. Müşahidəçilərin sözlərinə görə, hakimiyyət onları edam etməklə etiraz aksiyası keçirənləri çəkindirməyə çalışır.//Report

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı