İranda həbsdə saxlanılan Fərid azadlığa buraxıldı
İranda günahsızcasına həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda Azərbaycandadır.
Bildirilir ki, Fərid Səfərlinin anası Dilarə Əsgərova bu barədə məlumat verməkdən imtina edib.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. O, martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Sonradan onun casusluq ittihamı ilə həbs olunduğu məlum olub. O, istintaq və məhkəmə dövründə verilmiş ittihamlarla əlaqəsiz olduğunu deyib.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş "casusluq" ittihamı "casusluq etmək niyyəti" ittihamı ilə əvəz olunub.
Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.
Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyini bildirib.

SON DƏQİQƏ! Hikmət Hacıyev Ermənistana səfər etdi
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Milli Məclis Prezident və xanımını təbrik etdi
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb