İranda örtük, hicab məsələlərinin tarixi haradan başlayır? - TƏHLİL

İranda örtük, hicab məsələlərinin tarixi haradan başlayır? - TƏHLİLXəbər verdiyimiz kimi, İranda 22 yaşlı Məhsa Əmini adlı qız İran rejiminin qaydalarına görə hicab geyinmədiyi üçün polis tərəfindən saxlanılıb. Polis bildirib ki, xanım hicabdan düzgün istifadə etməyib və onun saçı görünüb. Polis bölməsinə aparılan qız daha sonra xəstəxanaya aparılıb, xəstəxanada komaya düşüb və dünyasını dəyişib. Daha sonra qızın işgəncə görmüş halda fotoları yayılıb.İran rejimi Məhsanın dəfnini tələsdirməyə çalışıb, amma yüzlərlə insan Məhsanın məzarına toplaşıb.
Daha sonra qadınlar çadralarını çıxararaq havaya atıblar. "Diktatora ölüm", "Azadlıq" şüarları səsləndirilib. Oxşar müdaxilə ilə polis yenə xalqa atəş açır, ağrılı səhnələr təkrar-təkrar davam edir.Bəs İranda örtük, hicab məsələlərinin tarixi haradan başlayır?
azxeber.com bununla bağlı araşdırma aparıb. 
2017-ci ildən etibarən İranda artan sinif hərəkatı ilə qadınlar etirazların və hüquq mübarizələrinin ön sıralarında yer almağa başlayıblar.
İran İslam İnqilabından bəri bu cümlə çox eşidilib: "İndi bizim əsas məsələmiz hicab deyil". Bu cümlə son zamanlara son hadisələrə qədər çox işlədilirdi. Bəzi sol və mübarizə qrupları da bu mövzuda öz tənqidlərini bildiriblər. Onlar deyirdilər ki, İran rejimin özünü bu məsələ ilə barışdırmasaq, ona ələ almamız mümkün olmayacaq.
İlk illərdən etibarən təzyiqlərin ən çox olduğu məsələlərdən biri bu iki məsələ ilə bağlı idi: Şəriət və qadın.
"Gaşte Erşad" və ya əxlaq Əxlaq Polis Mərkəzi 1980-ci illərdən fərqli formada fəaliyyət göstəridilərsə, 2006-cı ildə artıq bu ad altənda fəaliyyətə başladılar.
İranda 1979-cu il inqilabından sonrakı ilk günlərdən həmin dövrün qızğın siyasi mühitində dövrün dini və siyasi lideri Ayətullah Xomeyniyə yaxın olan şəxslər tərəfindən "qadınlar üçün hicab və örtünmənin məcburi olması" tələbləri irəli sürüldü. 1997-ci ildə İranda molla rejimi tərəfindən təsdiq edilən və sistemə hakim olan müxtəlif təbəqələr tərəfindən dəstəklənən "Hicab və İffətə təşviq Qanunu" illərdir ki, həm islahatçılar, həm də radikal islamçılar üçün ortaq zəmin olub.
İran rejiminin inqilabdan sonrakı cəmiyyətdə qadınların mövqeyi ilə bağlı ilk addımlarını rejimin qurduğu "İslam İnqilabı Komitələri"nin açıq-saçıq qadınlara qarşı zorakılığı ilə tam aydın görmək mümkün olurdu. Bu proses isə Tehranda inqilabdan sonra hökumət əleyhinə ilk böyük nümayişlərə səbəb oldu.
1983-cü ilə qədər qadınların hicab taxması ilə bağlı məcburi olaraq qanun qəbul edilməsə də, nazirlik hicabsız və örtüksüz şəxslərin dövlət idarələrində olmasını qadağan etdi və bu, mühüm repressiya prosesinin başlanğıcı oldu.
Qadın haqları günü-gündən əldən alındı, mübarizə aparanlar sıxışdırıldı, həbs edildi, işgəncələrə məruz qaldı.2006-cı ilin yazında polis məmurları "Erşad" patrul xidmətinin başlandığını elan edərək, onların vəzifəsinin yalnız hicab və çadra qaydalarına əməl etməyənləri xəbərdar etmək olduğunu bəyan ediblər. 27 avqust 2006-cı ildə Böyük Tehran Polis Komandanlığının Təhlükəsizlik Polisinin rəhbəri Rza Əlipur bir ay ərzində 63.693 qadına "çadra taxma pozuntusu" ilə bağlı xəbərdarlıq etdiklərini bildirdi.
Sonrakı aylarda isə prosedur dəyişdi və polis rəsmiləri çoxlu sayda qadının həbs olunduğunu açıqladı.2007-ci ilin aprelində Tehran polis qüvvələrinin komandiri Əhmədrza Radanın isə belə bir çıxışı oldu: "Daha pis və rüsvayçı olanlar həbs edilməli və idarə heyətimizdəki qadın məsləhətçilər tərəfindən xəbərdar edilməlidir.
Daha sonra həmin şəxslərin ailələrindən xahiş olunur ki, polis idarəsinə gəlsinlər və övladlarının görünüşünü düzəltsinlər".Son illərdə isə patrul xidmətinin əməkdaşları tərəfindən döyülən qadınların görüntülərinin yayımlanması gündəmdədir. Məsələn, 2018-ci ildə yayımlanan videoda kişi və qadın polislərin parkda bir neçə gənc qadınla mübahisə etməsi əks olunub.
Ötən iyul ayında isə bir ananın xəstə qızının polis şəxsləri tərəfindən tutulması və özünü polis maşının qarşısına atmasının əks oldunduğu video ciddi narazılıqlara səbəb olmuşdu.
Qadınların geyim tərzi ilk gündən İran rejimi üçün əsas müzakirə mövzusu olub, çünki bu məsələ İran rejiminin xarakterik və ideoloji çərçivəsini ortaya qoyur. Məcburi örtünmə məsələsi təkcə ölkənin özəlliyi və xalqın adət-ənənələri ilə paralel inkişaf edən proses deyil. Əksinə, ideoloji çərçivə ilə rejim tərəfindən rəsmi və qanuni şəkildə qadınlara tətbiq edilir.
İran rejimi əvvəlcə qadınların hüquqlarını məhdudlaşdırmaq üçün çərçivə hazırlayıb, həyata keçirdi. Bunun üçün xüsusi nazirliklər, komitələr, təzyiq mexanizmləri yaradıldı.İran rejimi Məhsa Əmini öldürdükdən sonra isə soyuqqanlı şəkildə əvvəllər olduğu kimi "biz etmədik, o, xəstə idi" açıqlamasını verdi. İnqilabın ilk illərindən etibarən məhz bu soyuqqanlıqla minlərlə gəncin həyatına son qoyuldu.
Aydın Nuri

Sosial       Tarix: 21 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbərlər cəbhədən görüntüleri sonxeber az en yeni xeberler