İranda sabiq prezidentin qızı 5 il azadlıqdan məhrum edildi - FOTO

İranda sabiq prezidentin qızı 5 il azadlıqdan məhrum edildi - FOTOİran Məclisinin keçmiş üzvü Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazlara görə beş il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə "Fars Haber" portalına onun vəkili Nida Şəms məlumat verib.
O bildirib ki, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin (1934-2017) qızı sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb.
"Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri nümayişə təhrik etmək iddiası ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq", – vəkil deyib.
Məhkəmə 60 yaşlı fəalı ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda da ittiham edib.
Qeyd edək ki, Faezeh Haşimi-Rəfsəncani əvvəllər də bir neçə dəfə məhkum olunub. 2009-cu ildə o, beş il müddətinə siyasi, mədəni və təhsil fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilib. 2011-ci ildə fəal islahat hərəkatının lideri Mirhüseyn Musəviyə dəstək mitinqində çıxış etdiyi üçün həbsxanaya düşüb. 2017-ci ildə isə o, İran dövlət xadimlərinə qarşı böhtan xarakterli məlumatlar dərc etmək iddiası ilə yenidən altı ay həbs cəzasına məhkum edilib.
Ötən ilin mart ayında fəala 15 ay həbs cəzası verilib. Əlavə cəza olaraq sabiq deputata iki il müddətinə sosial şəbəkələrdən istifadə qadağan edilib.
İranda sabiq prezidentin qızı 5 il azadlıqdan məhrum edildi - FOTOİqbal Rzayev,
KONKRET.az

Hadisə       Tarix: 10 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Bakıda yaşayış binasında uçqun

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən binada uçqun baş verib. -ınəldə etdiyi məlumata görə, hadisə bu gün saat 17:40-da Nazim Hacıyev küçəsində qeydə alınıb. Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanı

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Tovuzda 46 yaşlı kişini maşın vurdu

Tovuzda piyadanı maşın vurub. xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Asif Ələsgərovu avtomobil vurub. Piyadanın vəziyyəti ağır qiymətləndirilir. Hadis

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər son xeberler azerbaycan enson xeberler cəbhədən video