İrandakı etirazlar hakimiyyət dəyişikliyi ilə nəticələnə bilərmi? - İLGİNC DETALLAR

2011-ci ildə Tunisdə işsizlik səbəbindən özünü yandıran Məhəmməd Buəzizinin ölümü ilə Yasəmən inqilabı başladı və Ərəb baharı adıyla bütün ərəb dünyasına yayıldı. İndi isə 2022-ci ildir və analoji hadisə İranda baş verir. Tehranda Məhsa Əmini adlı 22 yaşlı qadının əxlaq polisi tərəfindən zorakılıqla öldürülməsi bütün İranı ayağa qaldırıb. İş o yerə çatıb ki, etirazçılar bəzi ərazilərdə nəzarəti ələ keçiriblər və Ali dini rəhbər Xameneiyə ölüm şüarları ilə onun sarsılmaz mifini dağıdırlar.
Hazırda isə etirazlar daha geniş vüsət almağa başlayıb.
İranşünas politoloq Sədrəddin Soltan baş verənləri KONKRET.az-a şərh edib.
İrandakı etirazlar hakimiyyət dəyişikliyi ilə nəticələnə bilərmi? - İLGİNC DETALLAR– Sədrəddin müəllim, İranda nə baş verir?
– İranda 2000-ci illərdən başlayaraq müxtəlif yönlü etiraz aksiyaları keçirilir. Bu, milli, siyasi və sosial tələblər üzərindən baş verir. Məsələn, 2006-cı ildə Güney Azərbaycan türkləri İran mətbuatında Azərbaycan türklərinin aşağılanmasına görə genişmiqyaslı etiraz aksiyalarına start vermişdilər. Bununla da onlar dünyaya bir daha öz varlıqlarını çatdırmışdılar. Elə o zamanlar bir şüar İranı alt-üst eləmişdi:
"Güney Azərbaycan İran deyil". 2009-cu ildə isə prezident seçkiləri zamanı Yaşıllar hərəkatı meydana çıxmışdı. Bu hərəkat İranda yeni islahatçı siyasi cərəyan kimi özünü tanıtmışdı. Sonrakı etiraz aksiyaları sosial, iqtisadi və digər istiqamətlərdə özünü göstərmişdi. İran hakimiyyətinin bir neçə təməl prinsipi var.
Məsələn, bu əsaslardan biri "İsrailə, Amerikaya ölüm" şüarlarıdırsa, digər təməl prinsipi hicab qaydası ilə bağlıdır. Ona görə də bu qaydalara qarşı çıxmaq hakimiyyətin təməl qaydalarına qarşı çıxmaqdır. 2009-cu ildə də hakimiyyətin təməl məsələlərinə qarşı etiraz aksiyası olmuşdu. Belə ki, aksiyalarda qadınlar hicablarını çıxararaq etiraz eləmişdilər. Son zamanlarda da İranda qadınların rejimin tətbiq etdiyi hicab qaydalarını pozduğuna dair görüntülər geniş vüsət alıb.
Ötən günlərdə güney azərbaycanlı ictimai fəal Məleykə Qaragözlünün yaydığı videoya görə rejim məhkəməsi tərəfindən hicab qaydalarını pozduğu elan olundu və 4 il 6 aylıq həbs cəzası aldı. Bu yaxınlarda isə, məlum olduğu kimi, Məhsa Əmininin hicab qaydasını pozması əxlaq polisi tərəfindən onun öldürülməsi ilə nəticələndi. Onun qətlinə etitaz olaraq cəmiyyətdə illərlə yığılıb qalan qəzəb etiraz aksiyaları ilə nəticələndi və bu aksiyalar İranın bütün şəhərlərini əhatə etməkdədir.
– Etirazlar gələcək perspektivdə hansı nəticələrə və dəyişikliklərə gətirib çıxara bilər?
– Həm Məleykə Qaragözlünün, həm də Məhsa Əmininin başına gələnlər göstərdi ki, bu aksiyalar bir etnosun məsələsi deyil, bu, İranda yaşayan bütün xalqların problemidir. Başqa sözlə desək, İran hakimiyyəti illər uzunu göstərdiyi təzyiqlərin bu gün meyvələrini dərir. İranda rejim güclüdür və bütün strukturlar birmənalı olaraq hakimiyyəti müdafiə edirlər.
Ona görə də bu hadisələrin böyüyüb yeni bir inqilabi hadisəyə çevriləcəyi ilə bağlı ehtimallar azdır. Amma hakimiyyəti cəmiyyətlə münasibətə yenidən baxmağa vadar edə bilər. Hətta artıq İran hakimiyyəti Əmininin ölümü ilə bağlı araşdırma aparılacağına dair bəyanatlar verməyə başlayıb. Yəni bu hadisələr böyük inqilabi nəticələrə, yaxud dərin dəyişikliklərə gətirib çıxarmasa da, əvvəlki dövrlərdə olduğu kimi hakimiyyəti çalxalayacaq. Bununla da hakimiyyət həm daxildə cəmiyyətlə ayaqlaşmağa, həm də xaricdən gələn təzyiqləri azaltmaq üçün danışıqlara gedə bilər. O cümlədən, hakimiyyətdəki islahatçı qüvvələrin əlini gücləndirə bilər. Onların bir sıra istiqamətlərdə Qərblə danışıqlar aparmasına, irəli sürülən təkliflərin dəstəklənməsinə səbəb ola bilər.
– Etirazlar hakimiyyət dəyişikliyinə qədər gedib çıxa bilərmi?
– Etirazların hakimiyyət dəyişikliyi ilə nəticələnməsi ilə bağlı ehtimallar azdır. Amma hökumətdə bu məsələ ilə bağlı məsul olan şəxslərin cəzalanması, istefaya göndərilməsi ehtimalı var. Yaxud bəzilərinin mühakimə edilməsi, casus damğası ilə onlara hökm oxunması baş verə bilər.
– Güney Azərbaycanda bu baxımdan daha çox aktivlik nümayiş olunur…
– Çünki bu problem ümumi İran problemidir. Güney Azərbaycan türkləri də əhali sayına görə ölkədə çoxluq təşkil edirlər deyə, onlar İranda baş verən hadisələrin aparıcı qüvvələridir. Güney Azərbaycan türkləri hər hansı dəyişikliyi arzu etməsə, İranda bu dəyişiklik baş verməz. Ona görə də bu hadisələrin əsasında say çoxluğuna görə onların aparıcı qüvvə kimi görünməsi qeyri-adi deyil.
– Məhsa Əmininin öldürülməsinə görə başlayan aksiyalar azadlıq, ədalət, milli hökumət şüarları ilə davam edir. Bunun səbəb və nəticələrini necə dəyərləndirmək olar?
– Aksiyalarda şüarlar məsələsi əsasdır. İrəli sürülən şüarlar daha çox sosialyönlüdür. Bir sıra hallarda siyasi şüarların da səslənməsi istisna deyil. Çünki hicab məsələsi təkcə sosial, mədəni, dini məsələ deyil, yaxud rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı etiraz aksiyaları adi məişət məsələsi deyil, bu, həm də çox ciddi fundamental məsələdir. Ona görə də prosesin perspektivdə siyasi şüarlarla əvəzlənməsi istisna edilmir. Azadlıq, ədalət, milli hökumət şüarları İranda həmişə olub.
Bu şüarlar 1979-cu il İslam inqilabı zamanı da, ondan əvvəl də səslənib. Milli hökumət dedikdə cəmiyyət Pişəvəri hökumətini yox, öz daxillərindən çıxan vətəndaş hökumətini, demokratik hakimiyyəti nəzərdə tutur və tələb edir. Ötən 43 ildə İranda nə milli hökumət olub, nə azadlıqlar təmin olunub, nə də cəmiyyətdə sosial ədalət bərpa edilib. Ona görə də 43 il əvvəl baş verən inqilab şüarlarının həyata keçməməsi yeni-yeni etiraz aksiyalarının keçirilməsi və gündəlikdə qalmasına səbəb olur.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 21 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan 3 ölkə ilə viza rejiminin sadələşdirilməsinə dair sazişlər imzalayıb - FOTOLAR

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Sent-Kits və Nevis, Antiqua və Barbuda, həmçinin Benin xarici işlər nazirləri ilə görüşüb. xəbər verir ki, görüşlər zaman

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az cəbhədən son xəbərlər cəbhədən son vəziyyət krimnal xeber