İrandakı zəlzələdə 120 nəfər yaralandı
İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.
KONKRET.az "Mehr" Agentliyinə istinadən xəbər verir ki, zəlzələ yerin 12 km dərinliyində baş verib. Onun qonşu Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbrizdə və vilayətin bütün ətraf şəhərlərində hiss olunduğu bildirilir.
İranın Qızıl Aypara Cəmiyyəti zəlzələnin baş verdiyi ərazilərə axtarış-xilasetmə qrupları göndərdiyini, eyni zamanda zəlzələnin episentrinə yaxın olan bəzi kəndlərdə binalara dağıntılar olduğunu bildirib.
Son məlumatlara görə, Xoy əyalətinin 15-ə yaxın kəndində evlərə ziyan dəyib.
Son məlumatlarda zəlzələ nəticəsində 120-dən çox insanın xəsarət aldığı bildirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır