İrandan Azərbaycana narkotik keçirmək istədi

İrandan Azərbaycana narkotik keçirmək istədiİrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Open.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi "AZSAMAND" markalı, 99-KB-158 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gələn Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Xoşbəxt Abdulla oğlu saxlanılıb. Sorğu-sual zamanı vətəndaş avtomobildə və üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan ediləsi heç bir predmetin olmadığını bildirib.
Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən baxış zamanı xidməti it avtomobilin tavanına və yük yerinə reaksiya verib. Bunun ardınca, rentgen qurğusu ilə baxış zamanı monitorda avtomobilin tavanının ön hissəsində şübhəli cizgilər müşahidə edilib.
Daha sonra X.Abdullayevin idarə etdiyi minik avtomobili əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin tavanının ön hissəsində, tavana çəkilmiş üzlüyün altında - üzlüklə metal lövhənin arasına yerləşdirilərək gizlədilmiş, "kopirovka" deyilən kağıza və gümüşü rəngli falqaya bükülmüş 6 ədəd plastik butulka aşkara çıxarılıb.
Həmin butulkalardan 3 ədədində qablaşdırılmaları ilə birgə ümumi çəkisi 1120 qram təşkil edən narkotik vasitə - heroin, digər 3 ədəd butulkada isə qablaşdırılmaları ilə birgə ümumi çəkisi 679 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Bununla belə, yoxlama davam etdirilib və avtomobilin yük yerindəki ehtiyat təkərin yanında, kibrit qutusunda qablaşdırılması ilə birgə çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkar olunub.
Daha sonra isə X.Abdullayevin üzərində şəxsi yoxlama zamanı gödəkçəsinin cibindən metaldan hazırlanmış və soyuq silah hesab edilən "beşbarmaq" aşkara çıxarılıb. /open.az

Hadisə       Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Ata ona yeni ayaqqabı alması ilə bağlı irad bildirən qızını döydü

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nağı Kərəmovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. . -a istinadə

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

"Instagram"da tanış olduğu yeniyetməyə qarşı əxlaqsızlıq edən şəxs həbs edildi

Şəki Apellyasiya Məhkəməsində seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Davud Davudovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiy

Tovuzda ağır qəza - 3 nəfərin vəziyyəti ağırdır

Tovuzda yol qəzası baş verib. xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub. İlkin məlumata görə, hadisədə üç nəfər xəsarə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az son xeberler cəbhədən son xəbərlər 2026 kriminal xeberler hava proqnozu