İrandan dünyanı ŞOKA SALAN AÇIQLAMA - Hədəf amerikalı hərbçilər olmayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqda yerləşən hərbi bazalarına təşkil olunan hücum barədə yeni bəyanat yayıb.
Publika.az "euronews"ə istinadən xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu komandanlarından Hacızadənin açıqlamasına görə, raket zərbələrinin hədəfində amerikalı hərbçilər olmayıb:
" Hücumlar ABŞ əsgərlərlərini öldürməyə deyil, hərbi avadanlıqlara zərər verməyə yönəlik idi".
Hacızadənin sözlərinə görə, ABŞ hərbçiləri bölgədən çəkiləndən sonra iranlı generalın qisası alınmış olacaq. Qeyd edək ki, bundan əvvəl İran tərəfi hücum zamanı 80 amerikalı hərbçinin həlak olduğunu açıqlamışdı. Hücum zamanı ABŞ-a məxsus iki hərbi bazanın vurulduğu irəli sürülüb. ABŞ prezidenti Donald Tramp isə Tehranın iddialarını təkzib edərək, hücum nəticəsində tələfatın olmadığnı bəyan edib.
Anar Türkeş /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək