İrandan ölkəmizə 55 kq-dan çox narkotik keçirmək istədi
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Open.az-a verilən məlumata görə, son bir neçə gün ərzində 3 halda 55 kiloqram 360 qram narkotikə oxşar vasitənin İran İslan Respublikasından Azərbaycan ərazisinə gətirilməsinin qarşısı alınıb.
Mayın 10-da Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən dövlət sərhədinin pozulmasına cəhd əlamətləri aşkar olunub, əraziyə baxış keçirilərkən sahibsiz halda 1 ədəd çanta tapılıb. Çantada 3 ədəd bağlamada ümumi çəkisi 11,9kiloqram olmaqla 4900 qram "Marixuana"ya, 3450 qram "Heroin"ə, 1550 qram "Tiryək"ə, 2000 qram "Metafetamin"ə, 3800 ədəd "Metadon M-40" həbinə oxşar vasitə aşkar olunub.
Həmin gün DİN əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbiri nəticəsində Astara rayonunun Pəlikəş kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5,56 kiloqram"heroinə" oxşar vasitə aşkar olunub.
Mayın 11-də Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunaraq ona "Dayan" əmri verilib, qaçaqmalçı dövlət sərhədindən qanunsuz keçirdiyi əşyaları ataraq geri qaçıb. Həmin əşyalara baxış keçirilib, selofan bağlamalarda ümumi çəkisi 37,9 kiloqram olmaqla, 19180 qram "tiryək"ə, 16305 qram "heroin"ə, 2415 qram "marixuana"ya oxşar vasitə aşkar olunub.
Qeyd edilən faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib