İranın Avropadakı proksiləri: yeniyetmə qatillərdən azərbaycanlı mühacirlərin "yatan hüceyrələri"nə qədər

İranın Avropadakı proksiləri: yeniyetmə qatillərdən azərbaycanlı mühacirlərin Əvvəlki materialımızda Böyük Britaniya və Azərbaycan vətəndaşı olan 44 yaşlı Rəşad Sultanovun işi barədə ətraflı yazmışdıq. O, Kiprdə Böyük Britaniyanın Akrotiri hərbi bazasına qanunsuz daxil olmaqda və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) kəşfiyyat məlumatları ötürməkdə ittiham edilərək həbs olunmuşdu. Bu, Böyük Britaniyanın Milli Təhlükəsizlik Qanununun ölkə hüdudlarından kənarda ilk dəfə tətbiq edilməsi idi.
Müəllif bildirir ki, həmin hadisəni əvvəllər Azərbaycanda ləğv edilmiş və İranla əlaqəli dini şəbəkənin Almaniyadakı nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirmişdi. Yazıda iddia olunur ki, özlərini "siyasi mühacir" kimi təqdim edən bu şəxslər Almaniya Xarici İşlər Nazirliyində görüşlər keçirir, rəsmi Azərbaycan nümayəndə heyətlərini izləyir və dini etiqad azadlığının pozulması ilə bağlı "qurban" obrazı yaratmağa çalışırlar.
Məqalədə daha sonra BBC-nin araşdırmasına istinad edilərək bildirilir ki, İran Avropada zorakılıq məqsədilə proksi şəbəkələrdən istifadə modelini artıq formalaşdırıb. Nümunə kimi İsveçdə fəaliyyət göstərən "Foxtrot Network" cinayət təşkilatının adı çəkilir.
BBC-nin məlumatına görə, İran rejimi ilə əlaqələndirilən bu qruplaşma Avropada sifarişli qətllər və hücumlar üçün yeniyetmələri cəlb edir. 2022-ci ildən etibarən bu şəbəkənin onlarla qətldə, həmçinin İsrail obyektlərinə qarşı hücum və hücum cəhdlərində iştirak etdiyi iddia olunur.
Europol bu modeli "xidmət kimi zorakılıq" (Violence as a Service – VaaS) adlandırır. Məqalədə qeyd edilir ki, yeniyetmələr sosial şəbəkələr və messencerlər vasitəsilə cəlb olunur, tapşırıqlar isə kompüter oyunlarını xatırladan formada təqdim edilir.
Müəllif daha sonra Avropadakı bəzi azərbaycanlı siyasi mühacirlərlə bağlı iddialar irəli sürərək yazır ki, onların siyasi təsir göstərmək, ictimai rəy formalaşdırmaq və Avropa institutları ilə əlaqələr qurmaq üçün istifadə olunduğu düşünülür. Yazıda bu şəxslərin gələcəkdə təxribat və terror aktları üçün də istifadə oluna biləcəyi ehtimalı səsləndirilir.
Məqalədə daha sonra Nardaran hadisələrinə geniş yer ayrılır. Müəllif yazır ki, Nardaranda keçirilən xüsusi əməliyyat planına əsasən, Daxili Qoşunların və polis qüvvələrinin məhdud sayda texnikası və şəxsi heyəti qəsəbəyə yeridildi, postlar quruldu. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin (indiki Dövlət Təhlükəsizliyi Xidməti) birgə istintaq-əməliyyat qrupu fəaliyyət göstərirdi.
Nəticədə Azərbaycan hakimiyyəti qəsəbəyə tam nəzarəti bərpa etdi. Lakin uzun müddət ərzində Nardaran gizli silah və sursat anbarlarından təmizləndi.
Məqalədə qeyd olunur ki, İranın Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bəyanat yayaraq İranın baş verənlərlə əlaqəsinin olmadığını və bunun Azərbaycanın daxili işi olduğunu bildirmişdi. Lakin az sonra İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur "Azərbaycan hakimiyyəti bundan nəticə çıxarmalıdır" məzmunlu açıqlama vermişdi.
Xüsusi əməliyyatdan sonra Azərbaycan hakimiyyəti radikalizm və ekstremizmlə mübarizəni gücləndirdi. 2016-cı ildən Nardaranda yenidənqurma işlərinə başlanıldı. Aleksərov küçəsində yerləşən mədrəsə söküldü. Hüquq-mühafizə orqanları 473 nüsxə dini ədəbiyyat, ərəb yazılı 33 bayraq, 500 audio disk və 10 video kaset müsadirə etdilər. Asayişin təmin olunması üçün Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi yaradıldı. Məqalədə qızların yenidən təhsilə cəlb olunduğu da qeyd edilir.
Bundan başqa, hüquq-mühafizə orqanlarının məlumatlarına istinadən bildirilir ki, müxtəlif hadisələr və toplantılar zamanı radikal qruplar Azərbaycan dövlət bayrağı əvəzinə "Hizbullah" bayraqları və digər dini-siyasi simvollardan istifadə edirdilər. Məqalədə həmçinin iddia olunur ki, Taleh Bağırzadənin toplandığı evdə ölkədə sabitliyi pozmağa yönəlmiş planlar hazırlanırdı.
Müəllif yazır ki, bugünkü Nardaran artıq Bakıətrafı digər qəsəbələrdən fərqlənmir. Burada Azərbaycan qanunları tətbiq olunur və İranın müəyyən qüvvələrinin daxili vəziyyətə təsir imkanları qalmayıb. Yazıda Azərbaycanın keçmiş təcrübədən nəticə çıxardığı və dini məsələlərə daha həssas yanaşdığı vurğulanır.
Sonda müəllif qeyd edir ki, vaxtilə bəzi Qərb hüquq müdafiəçiləri Nardarandakı xüsusi əməliyyatı tənqid etmiş, bunu problemin düzgün həlli hesab etməmişdilər. Nümunə kimi Massaçusets Universitetinin professoru, tarixçi Odri Altştadtın mövqeyi göstərilir. Məqalə müəllifi isə belə sualla yekunlaşdırır:
"İndi isə Avropa da oxşar təhlükə ilə üzləşdiyi halda, həmin hüquq müdafiəçiləri Avropa hökumətlərinin atacağı addımlar barədə nə deyəcəklər?" / konkret.az

Siyasi       Tarix: 03 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

Xəbər verdiyimiz kimi, Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Dövlət başçısının Sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəlad

Şah İsmayıl Xətai mövzusu sosial şəbəkədə gündəm oldu - Tarixçi alimdən açıqlama

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi fikirlər yenidən ictimai müzakirələrə səbəb olub. . Deputat Şah İsmayılın adını daşıyan ordeni

"Qraparak": Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur. xəbər verir ki, "Qraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazi

Paşinyandan Qırğızıstanda şok etiraf

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin gələcəyi ilə bağlı son dövrlərin ən mühüm bəyanatlarından birini verib. Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxış edən Baş nazir birbaş

"Patriot" raketləri ilə bağlı ABŞ-ın tərəddüdü: Siyasi səbəblər açıqlandı

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampdan 300 ədəd "Patriot" raketi istəməsi Vaşinqtonun Kiyevə hərbi dəstəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bununla belə, Ağ Ev b

Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHI

Azərbaycan diplomatiyasında illər ərzində müxtəlif sahələrdə tanınan ailələrin nümayəndələri mühüm vəzifələrdə təmsil olunub. . Onların sırasında dövlət xadimlərinin, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin övladlar

25 ştat Ağ Evə qarşı məhkəməyə müraciət etdi

ABŞ-ın 25 ştatı bazar ertəsi Prezident Donald Tramp administrasiyasına qarşı yeni rüsumlarla bağlı məhkəmə iddiq qaldırıb. Onlar yeni tarifləri ABŞ Ali Məhkəməsinin ləğv etdiyi idxal vergilərini əvəzetmək cəhdi adlandırıblar

XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" səhifəsində bildirilib. Son hadisəd

Azərbaycan İranı qardaş ölkə hesab edir' - Hikmət Hacıyev

"Geosiyasi baxımdan regionumuzda vəziyyət çox çətindir. Bakıdan 200 km cənubda İran, ABŞ və İsrail arasında müharibə gedir. 200 km şimalda isə Rusiya-Ukrayna müharibəsi davam edir". APA-ya istinadən xəbər veri


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az bugunun xeberleri şou biznes xəbərləri cəbhədən son vəziyyət