Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLAR

Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən azxeber.com-a bildirilib ki, səfər çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.
Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında anlaşma memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.
Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tanış olublar.
Milli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLARMilli Məclisin nümayəndə heyəti Efiopiyada tarixi məkanları ziyarət edib - FOTOLAR

Siyasi       Tarix: 30 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri xabar az son xeberler az xəbər az bugünki xəbərlər