Moskvadakı qanlı partlayışda yeni detal – Ad günü keçirilən generalın kimliyi bəlli oldu
Moskvada "Balzi Rossi" restoranında baş verən partlayış zamanı burada Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çaykonun ad gününün qeyd edildiyi barədə məlumat yayılıb.
KONKRET.azxəbər verir ki, Rusiya mediasında yayılan bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Bəzi mənbələrdə Çaykonun həmin vaxt restoranda olduğu ehtimal edilir.
Aleksandr Çayko 2022-ci ildə Rusiyanın Şərq Hərbi Dairəsinin komandanı olub və Ukraynaya qarşı müharibə zamanı "Şərq" qoşun qruplaşmasına rəhbərlik edib.
Avropa İttifaqının 2026-cı ildə qəbul etdiyi sanksiya qərarında Çayko Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanğıcında ölkə ərazisindəki ən yüksək rütbəli rusiyalı hərbçilərdən biri kimi göstərilir. Sənəddə Rusiya qoşunlarının Buçaya daxil olduğu dövrdə onun komandanlıq etdiyi və Buçada törədilən kütləvi cinayətlərin insanlıq əleyhinə və müharibə cinayətləri olduğu qeyd edilir.
Xatırladaq ki, bu gün Moskvanın Kudrinskaya meydanında yerləşən "Balzi Rossi" restoranında güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Restoran həmin vaxt özəl tədbir üçün bağlanmışdı. Partlayışdan sonra əraziyə çoxsaylı təcili yardım və fövqəladə xidmət briqadaları cəlb edilib, ətraf yollar bağlanıb.

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Premyer Liqada iki maraqlı oyun: Bu gün hansı komanda qarşılaşır?
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar