ABŞ turist və biznes vizaları üçün 20 min dollara qədər depozit tətbiq edəcək
ABŞ avqustun 3-dən etibarən bəzi ölkələrin vətəndaşları üçün turist və biznes vizaları üzrə depozit sistemi tətbiq edəcək.
KONKRET.azxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin avqustun 1-də yenilənmiş bildirişində məlumat verilib.
Məlumata görə, yeni qayda B-1 (biznes) və B-2 (turist) vizalarına müraciət edən şəxslərə şamil olunacaq. Konsulluq əməkdaşları müraciətçinin vizanın müddəti başa çatdıqdan sonra ABŞ-ni vaxtında tərk edəcəyinə və ölkədə qalma qaydalarına əməl edəcəyinə təminat kimi 20 min ABŞ dollarınadək depozit tələb edə biləcəklər.
Bildirilib ki, bundan əvvəl ABŞ-də 12 aylıq pilot proqram həyata keçirilirdi. Həmin proqram çərçivəsində konsulluqlar müraciətçilər üçün 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit müəyyən edə bilirdilər. Viza sahibi bütün şərtlərə əməl etdiyi halda, ABŞ-ni tərk etdikdən sonra depozit məbləği geri qaytarılırdı.
ABŞ Dövlət Departamenti vurğulayıb ki, depozitin tələb olunub-olunmaması barədə qərar hər bir müraciət üzrə konsulluq əməkdaşları tərəfindən fərdi qaydada veriləcək.
Məlumata əsasən, depozit tələb oluna biləcək ölkələrin siyahısına 50 dövlət daxildir. Onların əksəriyyəti Afrika ölkələridir. Siyahıda Qırğızıstan, Tacikistan və digər ölkələr də yer alıb.
Xatırladaq ki, daha əvvəl "Politico" portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının uzun illərdir ölkədə yaşayan qeyri-qanuni miqrantların məcburi saxlanılması siyasətinin qanuni hesab edilməsi tələbi ilə ABŞ Ali Məhkəməsinə müraciət etdiyini yazmışdı. Aşağı instansiya federal məhkəmələri isə bu təşəbbüslə bağlı 9 300-dən çox qərar qəbul edərək onu konstitusiya hüquqlarının və qanunun kobud şəkildə pozulması kimi qiymətləndirmişdilər.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?
Mərkəzi Banka yeni səlahiyyət verilir