İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi ikitərəfli münasibətlərə xələl gətirir
Rəsmi Bakı bəyan edib ki, İranın Azərbaycanın Tehran və Təbrizdə işləyən 4 diplomatını arzuolunmaz şəxs elan etməsi iki ölkə arasındakı əlaqələrə xələl gətirir.
azxeber.com-un xəbərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, İranın bu qərarı tamamilə əsassızdır.
Onun sözlərinə görə, Tehran bu əsassız qərarı Azərbaycanın İranın 4 diplomatı ilə bağlı addımına cavab olaraq qəbul edib.
"İran tərəfi heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş Konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib", - A.Hacızadə vurğulayıb.
O deyib ki, İranın Azərbaycanın 4 diplomatını arzuolunmaz şəxs elan etməsi bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.
Qeyd edək ki, cari ilin aprel ayının əvvəlində İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi.

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi