İranla ABŞ arasında BU VİDEOYA görə GƏRGİNLİK YARANDI
İranın dövlət televiziyası İRİB tərəfindən yayımlanan təbliğat videosunda ABŞ-ın paytaxtı Vaşinqtonun hədəf alınması yeni siyasi gərginliyə səbəb olub. Ölkənin ali lideri Əli Xameneinin xalqa müraciət etməsindən bir müddət əvvəl yayımlanan videonun 1:09 hissəsində raketlərin ABŞ Kapitolunu hədəf aldığı göstərilir. Sözügedən təbliğat videosunda Kapitol binasının raket zərbəsi ilə dağıdılması, daha sonra Qüds şəhərinə doğru irəliləyən İran ruhanilərinin görüntüləri yer alıb.
İngilis "Daily Mail" qəzetinə danışan bir mütəxəssis videonun arxa fonunda yerləşdirilən mahnı haqqında danışıb. Mahnının sözlərində Kapitoli binası İmam Əlinin İnqilab Keşikçiləri tərəfindən dağıdılan bir zülm sarayı kimi təsvir olunur və İranın Qüdsü azad etməsi vəd edilir.
ABŞ-dan videoya reaksiya gecikməyib. Pensilvaniya ştatından olan respublikaçı senator Pet Tumi SEPAH-ın Kapitolu partlatdığı barədə saxta bir video yaydığını bildirib. Tumi Bayden rəhbərliyinə çağırış edərək Vaşinqtondan Tehrana tətbiq olunan sanksiyalara davam etməsini tələb edib.
(virtualaz.org) /publika.az
f Paylaş
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər