İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...

İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...İranda 21 fevral - cümə günü parlament seçkiləri keçiriləcək.
xəbər verir ki, xalqın səsverməsi əsasında ölkə tarixinin 11-ci parlamenti formalaşdırılacaq.
Tehran Universiteti Sosial Araşdırmalar Mərkəzinin sədri Əhməd Nadiri verdiyi açıqlamada paytaxtda aparılan anket sorğusuna görə, xalqın 93%-nin hökumətin idarəetməsindən məmnun olmadığını və 76%-nin səsvermədə iştirak etməyi düşünmədiyini bildirib.
İranda muhafizəkar qanada yaxınlığı ilə tanınan Konstitusiyanı Qoruyanlar Şurasının seçkilərdə islahatçı namizədləri ələməsi tənqidlərə səbəb olub.
İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...Ölkədəki iqtisadi və idarəetmə sahəsindəki problemlərlə bərabər son dövrlərdə yaşanan bəzi hadisələr xalq ilə rejim arasında dərin uçurum yaradıb. 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında güc strukturlarının müdaxiləsi ilə yüzlərlə insanın dünyasını dəyişməsi və bu məsələdə hələ də rəsmi açıqlama verilməməsi, yanvar ayında İran İnqilab Keşikçiləri Korpusunun Ukraynaya aid sərnişin təyyarəsini raketlə vurmasının 3 gün ictimaiyyətdən gizlədilməsi toplumda ciddi narahatlığa səbəb olub.
İrandan kənardakı rejim müxalifləri son günlərdə yayımladıqları elanlar və "səs vermirik", "qanlı barmaq" kimi tvitter haştaqları ilə seçkiləri boykot edir.
İranın dini lideri Ayətullah Əli Xamenei isə paytaxt Tehranda əhaliyə müraciət edərək onları seçkilərə dəvət edib. O, inqilab, İslami idarəetmə və İranı sevən hər kəsin seçkilərə qatılmasını istəyib. ABŞ-ın İranda rejimlə xalqın arasını vurmağa çalışdığını dilə gətirən dini lider seçkiləri genişmiqyaslı cihad adlandırıb: "Xalq seçkiyə nə qədər çox gedərsə, parlament o qədər güclü olar. Dostun da, düşmənin də gözü buradadır. Düşmən bu qədər təxribatın və iqtisadi təzyiqin xalqın üzərindəki təsirinin necə olduğunu görmək istəyir".
Zümrüd

Dünya       Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberlər en son xeberleri cəbhədən son görüntülər novruz bayramı