İranla danışıqlar dayandırıldı: "Yaxın günlərdə qərar veriləcək
"İran danışıqlara ciddi yanaşmır, buna görə də müzakirələrdə irəliləyiş yoxdur".
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Vyanada İranla "Altılıq" arasında danışıqların yenidən başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran danışıqlara ciddi yanaşmadığı üçün və bu səbəbdən müzakirələrdə müsbət irəliləyiş olmadığına görə dialoq müvəqqəti olaraq dayandırılıb.
"Son iki gündə aparılan müzakirələrdən görünən budur ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasına qayıtmaqda ciddi deyil. Məhz buna görə də biz danışıqların bu mərhələsinə son qoyduq", - Blinken qeyd edib.
Dövlət katibi ABŞ hökumətinin İranın nüvə proqramı ilə bağlı mövqeyini bir daha təkrarlayıb: ABŞ İrana danışıqları uzatmaqla öz nüvə proqramını inkişaf etdirməsinə imkan verməyəcək. Diplomatiya uğursuz olacağı təqdirdə, Vaşinqton digər variantları nəzərdən keçirəcək. Biz yaxın günlərdə mühüm qərarlar verməliyik. Bu prosesdə iştirak edən tərəfdaşlarımızla məsləhətləşmələr apararaq, İranın bu müzakirələrdə nə qədər ciddi olub-olmadığını müəyyən edəcəyik".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var