İranlı deputat: "Biz Xamneyidən nüvə silahı fətvasını dəyişməsini istəyə bilərik"
"Düşmənlərin təhdidləri davam edərsə, İslam İnqilabının Rəhbərindən nüvə silahı ilə bağlı strategiyasını və fətvasını (nüvə silahlarını qadağan etmə) dəyişdirməsini istəyəcəyik".
KONKRET.az ILNA-ya istinadən xəbər verir ki, bu barədə İran parlamentinin deputatı Məhəmməd Rza Sabbaqiyan Bafki deyib.
Məlumata görə, ötən gün parlamentdə çıxış edən Bafki, qərb ölkələrinin xüsusilə ABŞ-ın hədsiz tələblərinə qarşı duran İranın Atom Enerjisi Agentliyi və Xarici İşlər Nazirliyinin rəsmilərinə təşəkkür edib.
İranlı deputat əlavə edib ki, İran üçün nüvə silahı istehsal etmək kifayət qədər asan olacaq.
Qeyd edək ki, İranın dini lideri 2000-ci illərin əvvəllərində nüvə silahının hazırlanmasını və ya istifadəsini qadağan edən fətva verib.
Xamnei 2019-cu ilin dekabrında etdiyi çıxışda eyni mövqeydə olduğunu vurğulayıb:
"Nüvə silahları yaxşı və pis insanlar arasında fərq qoymur. Ona görə də nüvə silahı İranın istifadə edəcəyi silah deyil. Biz onu saxlamağı və istifadə etməyi haram hesab edirik".
Digər tərəfdən, İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami avqustun 1-də verdiyi açıqlamada, "İranın atom bombası hazırlamaq üçün texniki imkanları var, lakin belə bir proqram gündəmdə deyil", – deyib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?