İranlı politoloqdan ŞOK ETİRAF: "Üçüncü dünya müharibəsinə yaxınıq"
"Qərb ölkələrinin Yəmənə hücumları region üçün təhlükədir və Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti gərginləşdirə bilər".
KONKRET.az xəbət verir ki, bu fikri "Ermənistan-İran İnkişaf Fondu"nun təsisçisi, politoloq Pouya Hüseyni deyib.
O bildirib ki, husilər həmişə çətin vəziyyətdən çıxmağı bacarır və onlar öz ölkələri uğrunda mübarizəyə davam edəcəklər.
Lakin Hüseyninin fikrincə, bütün bunlar münaqişənin coğrafiyasını genişləndirə bilər.
"Bu, İran və regionun digər ölkələri üçün qəbuledilməzdir. Bu, bütün region ölkələri üçün milli təhlükəsizliyə təhdiddir. İran hadisələrin Qərbdən gələn bu cür inkişafının qarşısını almağa çalışır. Husilər, Həmas və Hizbullah regionda İranyönlü qüvvələr olduğundan, Tehran tərəfindən dəstəklənən və onların maraqları İranın maraqları ilə üst-üstə düşdüyü üçün bu zərbələr birbaşa İranla bağlıdır. Ona görə də Qərbin zərbələri Tehrana qarşı yönəlib", – deyə Pouya Hüseyni əlavə edib.
O bildirib ki, ABŞ və İran birbaşa hərbi toqquşmaya girmək istəmir, çünki bu, region üçün daha ciddi nəticələrə gətirib çıxara bilər. Eyni şey İsrailə də aiddir.
"Eyni zamanda, İranın əleyhdarları Tehranın təsirini azaltmağa və onun regionda əsas oyunçuya çevrilməsinə mane olmağa çalışırlar. Lakin bütün bunlar region ölkələrinin istəmədən müharibəyə daxil olma ehtimalını artırır", – ekspert vurğulayıb.
Onun sözlərinə görə, dünya üçüncü dünya müharibəsinə yaxındır.
"Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişə var, Qərblə Rusiya Federasiyası və Çin arasında münasibətlər gərginləşib, İran və onun əleyhdarları arasında soyuq müharibə var. Qafqazda da gərgin vəziyyət hökm sürür", – deyə Hüseyni fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı