"İransız regionda heç nəyi həll etmək mümkün deyil" - Erməni politoloq
"İran siyasətinin əsasında üçüncü ölkələrin regiona daxil olmasının qarşısını almaq prinsipi dayanır".
KONKRET.az xəbər verir ki, bu sözləri erməni politoloq Manvel Sarkisyan "Facebook" səhifəsində yazıb.
O bildirib ki, aprelin 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidana zəng edərək regional formatda "3+3" platformasının işə salınması barədə danışıb.
"Maraqlıdır, niyə birdən-birə bu formatı xatırladılar? Onlar anladılar ki, İransız artıq regionda heç nəyi həll etmək mümkün deyil – bu, 1920-ci illər deyil. Qafqazın keçmiş ustası qayıtdı – və öz şıltaqlığı ilə qayıtdı. İndi son söz ona məxsusdur", – deyə Manvel Sarkisyan yazıb.
Onun fikrincə, bu, Ermənistan üçün işləri asanlaşdırmır.
"Amma Ermənistan hakimiyyətinin bir damcı belə kəşfiyyatı olsa, regional güc balansında nəinki öz dövlətçiliyini qoruyub saxlamaq, hətta dünyada hamı ilə bərabərhüquqlu təmasa girmək üçün ciddi şansı ola bilər. Türklərin və rusların lütfü ümidi ilə ərazilərimizi sovurmağa davam etmək gülünc və axmaqlıqdır. Bizim opponentlərimiz çoxdan nümayiş etdiriblər ki, onları ərazilər deyil, dövlətçilik hüququ maraqlandırır. Daha konkret desək, onları Ermənistanı öz dövlətçilik hüququndan imtina etməyə məcbur etmə mexanizmləri dü.şündürür", – deyə Manvel Sarkisyan qeyd edib.
O hesab edir ki, üçüncü ölkələrin regiona daxil olmasının qarşısını almaq prinsipi İran siyasətinin əsasını təşkil edir.
"İranı Rusiya və Türkiyə ilə yaxınlaşdıran yeganə hal Qərb ölkələrinin qoşunlarının regionda peyda olması təhlükəsidir. Rusiya İranı regionda 3+3 formatını dəstəkləməyə inandırmağa çalışır. Amma problem ondadır ki, Ermənistanın üç regional qonşusunun maraqlarında köklü ziddiyyət var. İran üçüncü qüvvələrin regiona daxil olmasının qarşısını almaq üçün 3+3 formatı çərçivəsində əməkdaşlığa razı olsa da, Ermənistan ərazisinə genişlənmənin əleyhdarıdır. Ermənistan üçün fürsət pəncərəsi burada yaranır", – deyə Manvel Sarkisyan yazır.
Günel Mikayılova,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək