"İRƏLİ" İctimai Birliyi 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər keçirib - FOTOLAR

"İRƏLİ" İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 35-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.
​azxeber.com xəbər verir ki,  "İRƏLİ" İctimai Birliyinin nümayəndələri və üzvləri Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər. 
Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi - Metodiki və İxtisasartırma Mərkəzi, "İRƏLİ" İctimai Birliyi, "CƏNGİ" Gənclər Birliyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.Tədbirdə fotomüxbir Rasim Sadıxovun fotolarından ibarət sərgi və "Qanlı Yanvar" filmi təqdim olunub.
Silsilə tədbirlər müddətində həmçinin, "İRƏLİ" İctimai Birliyi və LIBRAFF Kitab mağazaları şəbəkəsinin müştərək layihəsi olan "Gənclərlə" adlı proqram çərçivəsində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr edilmiş ilk görüş keçirilib.
Görüşün ilk qonaqları Xalq artisti Nurəddin Mehdixanlı, fotomüxbir Rafiq Bağırov və fotojurnalist Rasim Sadıxov olublar.
Tədbirdə, 20 Yanvar faciəsinin əhəmiyyəti və onun gənclər üçün nə dərəcədə önəmli olduğu müzakirə olunub. Xalq artisti Nurəddin Mehdixanlı həmin günün xalqımızın yaddaşında necə qaldığını və onun bizə necə dərslər verdiyini vurğulayıb. Fotomüxbir Rafiq Bağırov, fotojurnalist Rasim Sadıxov isə 20 Yanvar hadisələrinin fotolarına baxaraq, həmin anların əhəmiyyətini və yaşanılan hisləri iştirakçılarla bölüşüb. Görüşün sonunda iştirakçılar həmin faciənin gənclər tərəfindən unudulmaması üçün daha çox belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Silsilə tədbirlərin davamında təşkilat tərəfindən 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş sosial media kampaniyası keçirilib. Gənclərin iştirakı ilə "X" sosial şəbəkəsində keçirilən aksiyada iştirakçılar Qanlı Yanvar hadisələri ilə bağlı faktlar və statistik məlumatları xarici dillərdə sosial media istifadəçiləri ilə bölüşüblər.
Bildirilib ki, həyata keçirilən tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizə dolu, tarixi səhifəsinin gənclərə aşılanması, 20 Yanvar faciəsi haqqında gənc nəslin məlumatlılığının artırılması, eyni zamanda törədilmiş cinayətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırılmasıdır.

Sosial       Tarix: 21 yanvar 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar qarabag hava cəbhədən son durum