İrəvan geri addım atdı: "Putinin həbsini nəzərdə tutan sənədin qarşısını almaq üçün variantlar var"
Ermənistan parlamentinin sədr müavini Rusiyaya Beynəlxalq Cinayyət Məhkəməsinin qərarlarının təsirinin qarşısının alınmasına dair saziş təklif edib.
KONKRET.az-ın məlumatına görə, Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan bildirib ki, İrəvan Moskvanın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsinin ratifikasiyasının ikitərəfli münasibətlərə təsiri ilə bağlı qorxularını anlayıb. O, gələcəkdə ratifikasiyanın iki ölkə arasında münasibətlərə mənfi təsirinin qarşısını almaq üçün Rusiyaya ayrıca saziş imzalamağı təklif edib. Deputat qeyd edib ki, hakim "Mülki Müqavilə" partiyasının Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı BCM-nin orderini icra etmək arzusu və niyyəti yoxdur.
"Ancaq bu, yalnız variantlardan biridir. Başqa variantlar da var. Bir şey aydındır: biz Rusiya Federasiyasının ifadə etdiyi narahatlığı başa düşürük və düşünürəm ki, Roma Əsasnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistanla Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik", – deyə Arşakyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir