İrəvanda avtomobilindən Azərbaycan bayrağı asan sürücü saxlanıldı
Ermənistanın paytaxtı İrəvanda yük yerindən Azərbaycan bayrağı asılan avtomobilin videosu sosial şəbəkənin erməni seqmentində geniş rezonans doğurub. Sözügedən avtomobilin sürücüsü polis bölməsinə aparılıb.
KONKRET.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan sosial şəbəkədə məlumat verib.
Onun sözlərinə görə, sürücü qanun pozuntusunun səbəblərini aydınlaşdırmaq üçün Vağarşapat polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da müvafiq işin başlanılıb-başlanmamasına qərar verəcəklər.
Xatırladaq ki, daha əvvəl sosial şəbəkələrdə İrəvan-Mehri magistralının Artaşat hissəsində sözügedən avtomobilin videosu yayılıb.//Oxu.Az

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir