İrəvandan VACİB AÇIQLAMA: razılaşmaya yaxınıq
Regional kommunikasiyanın blokadadan çıxarılması üzrə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupu istismarına başlanılan dəmir yollarının xəritəsi üzrə konsensusa yaxınlaşa bilib.
Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan parlamentdə bildirib.
Onun sözlərinə görə, tərəflər magistral yol xəritəsi ilə bağlı məsləhətləşmələri hələ də davam etdirirlər.
"Avtomobil yollarına gəlincə, bu məsələ ilə bağlı hələlik konsensusumuz yoxdur. Magistral yollarla bağlı çoxlu təkliflər var, amma hələ də ümumi konsensus və ya ümumi yanaşma yoxdur. Deyə bilmərik ki, hazır yol xəritəmiz var. Dəmir yolları ilə bağlı daha yaxın yanaşmalar və fikirlər var. Orada məsələlər daha aydındır", - deyə Qriqoryan qeyd edib.
Bildirək ki, baş nazirin müavinlərindən ibarət üçtərəfli qrup Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən yaradılıb. Yanvarın 11-də onların Moskvada keçirilən görüşündə bu barədə razılıq əldə olunub. Görüşdə digər məsələlərlə yanaşı, regional kommunikasiyaların açılması məsələsi də müzakirə edilib.
Hüseyn

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi
Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm