İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər

İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilərErmənistan sərhəddə hərbi eskalasiya risklərini özündə saxlayan addımları sürətləndirir – AB missiyasının qalma müddətini uzatmaq bunun bir hissəsidir: yanvarın 27-də bu qərar verilməklə gərginlik artacaq və avropalı kəşfiyyatçılar İranla sərhədə yerləşəcək – Brüssel regionu qarışdırır
Azərbaycanla Ermənistan arasında hərtərəfli, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına və səfirliklərin açılmasına gətirəcək sülh müqaviləsi imzalanmayınca, bölgədə müharibə riski qalacaq. Təəssüf ki, rəsmi İrəvan iki xalq arasında düşmənçilik səhifəsinin bağlanması yönündə gərəkənləri etmir.
Qiymətli zaman isə gedir. Xəbər verildiyi kimi, 2025-ci il yanvarın 10-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın mətbuat xidməti Brüsselin Aİ-nin Ermənistandakı missiyasının müddətini uzatmaq niyyətində olduğunu açıqlayıb. 27 yanvar tarixində kəşfiyyat missiyasının mandatının daha 2 il müddətinə uzadılacağı gözlənilir. Prinsipial qərar artıq qəbul edilib.
Lakin məsələ bununla bitmir. Məsələ ondadır ki, Brüsseldə bu missiyanın təkcə kəşfiyyat funksiyalarının kifayət etmədiyi qənaətinə gəlinib və buna görə də ona hərbi funksionallıq əlavə edilməli olduğu düşünülüb. Bildirilir ki, missiyanın mandatının genişləndirilməsi yalnız kəşfiyyat xarakterli deyil, tamhüquqlu hərbi nümayəndəliyə çevrilməsinə səbəb ola biləcək yeni elementləri əhatə edəcək. Missiyanın mövcud kəşfiyyat infrastrukturu (yalnız binokllar deyil, həm də Azərbaycan istiqamətinə baxmaq üçün istifadə olunan kameralar) ilə yanaşı, müvafiq avadanlıqlar və xüsusi texnikanın, o cümlədən hərbi nəqliyyat vasitələrinin tətbiqi də nəzərdə tutulur. Həmçinin avromissiya üzvlərinə silah daşımağa icazə veriləcək. Xatırladaq ki, Ermənistanla sülh müqaviləsinin razılaşdırılmayan iki bəndindən biri məhz sərhəddən üçüncü ölkənin və ya qüvvənin birləşmələrinin çıxarılması ilə bağlıdır. Göründüyü kimi, İrəvan AB missiyasını nəinki öz ərazisindən çıxarmağa hazırlaşmır, əksinə onun daha iki il uzadılması və faktiki hərbi bazaya çevrilməsinə razılıq verib. Bu isə sülh sənədinin azı iki il yubadılması deməkdir – özünün bütün riskləri ilə birgə.
Bu arada Britaniya hökuməti Azərbaycanla davam edən gərginliyə görə öz vətəndaşlarını Ermənistanın sərhədyanı ərazilərinə səfərdən çəkinməyə çağırıb. Hesabatda Ermənistan-Azərbaycan sərhədinin bağlı qaldığı qeyd edilir və bütün şərq sərhədindən 5 km məsafədə hər hansı səyahətdən çəkinmək tövsiyə olunur. "Buna səbəb iki ölkə arasındakı münaqişədir. Bu ərazilərdə konsul dəstəyi son dərəcə məhduddur", – müraciətdə deyilir. Britaniya hakimiyyəti yolun Tavuş bölgəsindəki İcevan-Noyemberyan hissəsini də ziyarət üçün təhlükəli hesab edir. Həmçinin qeyd edilir ki, İrəvanla İstanbul arasında aviareyslərin olmasına baxmayaraq, Ermənistan-Türkiyə sərhədi bağlı qalır. Aydındır ki, belə bir müraciət Britaniya xüsusi xidmət orqanlarının tövsiyəsi olmadan ortaya çıxa bilməzdi. Hərçənd Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir ki, 2025-ci ildə Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil. Qurum müxtəlif faktlar, məlumatlar və hadisələrin təhlilinə əsaslanaraq, bu qənaətə gəldiyini bildirib. Bütün bunların fonunda, Ermənistan odla oyunu nəyə gətirə bilər, sülh müqaviləsi daha neçə il yubanacaq?
Caliber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda bildirilir ki, yanvarın 27-də casus missiyasının mandatının daha iki il müddətinə uzadılması gözlənilir. Əsas qərar artıq verilib.  "Brüsseldə, görünür, qərara gəliblər ki, bu missiyanın yalnız kəşfiyyat funksiyaları kifayət etməyəcək və ona görə də ona hərbi funksiyalar da vermək lazımdır. Daxil olan məlumatlardan aydın şəkildə görünür ki, ona görə avrocasusların mandatını genişləndirmək planlaşdırılır, o cümlədən missiya təkcə kəşfiyyat missiyası olmayacaq, həm də tam bir hərbi nümayəndəlik olmağa çalışacaq. Qeyd edək ki, onların bölmələrinin sərhədin Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində yerləşdirilməsi planlaşdırılır", – materialda qeyd olunur.
İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilər Ehtiram Mehdiyev
"Paşinyan seçkilərin nəticələrinə qədər sülh sənədinin bağlanmasını yubatmaq istərdi" – Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev "Yeni Müsavat"ın sualına cavabında belə qeyd etdi. Onun sözlərinə görə, sülh sazişi delimitasiya prosesi ilə sinxronluq təşkil edir: "Əgər sərhədlərin dəqiqləşməsi sürətlənsə, sülh prosesinə də töhfə verər. Hazırda İran sərhədlərinə doğru bir iş aparılır. Ümumilikdə Bakı ikitərəfli danışıqlar aparır: sülh sənədi və sərhəd müəyyənləşməsi. İkincisi, ağır gedir, amma gedir. Sülh mətnində isə iki bənd qalıb. Əlqərəz, deyilən məsələlər həllini tapsa da, Ermənistan ərazi iddialarına son qoymağı Konstitusiyada təsdiqləməlidir".
Partiya rəsmisi ümid edir ki, vasitəçisiz davam edən bu danışıqlar yekun sülh müqaviləsi ilə nəticələnəcək: "Bütün nailiyyətlər ikitərəfli danışıqlara aiddir. Keçmiş həmsədr ölkələr müdaxilə etməyəndə nəticə əldə etmək olur. Artıq xüsusi nümayəndələr də yoxdur. Yadınızdadır, Rusiya Xovayevi, ABŞ öz adamını təyin etmişdi, Aİ Toivo Klaarı bölgəyə tez-tez göndərirdi. İndi fərqə baxın, onlar neçə vaxtdır gəlmirlər, faydası göz qabağındadır. Deməli, əngəl olmasınlar, biz İrəvanla təkbətək danışa bilirik. Haçan ki onlar qarışıb, onda proses alınmayıb. Elə ki moderatorsuz müzakirələr aparılıb, o halda tərəflər irəliyə doğru addım atıblar. Bu mənada, əsas prinsip vasitəçiləri yaxın buraxmamaqdır. Sonrakı mərhələ isə Ermənistan iqtidarını sülhə məcbur etməkdir. Amma yekun sənəd 2026-dan sonraya çəkə bilər. Çünki Paşinyan kritik seçkini keçməlidir. Bu təhlükəni adlayandan sonra sülh danışıqlarında daha rahat iştirak edə biləcəyini hesablayıb. Amma avropalı "casus"ların bölgəyə gətirilməsi və say artımı gərginliyə səbəb olacaq".
İrəvanın sərhəddə odla oyunu - Sülh 2 il yubana bilərAsif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, tərəflərin sülh sazişində razılaşmadan tədricən uzaqlaşdığı müşahidə edildiyi vaxt, sərhəd razılaşmasının əldə edilməsi maraqlıdır: "Ermənistan bu razılaşma ilə şimaldan cənuba qədər uzanan bütöv sərhədin delimitasiyasında Qazax-Tavuş istiqamətinin müəyyən edilməsində tətbiq edilən prinsipin (Alma-Ata Bəyannaməsinə istinad) əsas götürülməsinə çalışır: bununla SSRİ dövründə ermənilərə bağışlanan ərazilər üzərində legitimlik qazanmağa, eləcə də Azərbaycan ordusunun strateji yüksəkliklərdən geri çəkilməsinə nail ola biləcəklərinə ümid edirlər (cari dövr üçün əsas istəkləri 2022-ci ilin sentyabr döyüşlərində ordumuzun İstisu (Cermuk) istiqamətində nəzarətə götürdüyü yüksəkliklərdən çəkilməsidir); razılaşmada delimitasiya prinsipi əksini tapmadığı üçün Alma-Ata Bəyannaməsinə istinadən edilən 19 aprel 2024-cü il sənədi aktual olaraq qalır".
Təhlilçinin fikrincə, qlobal dəyişikliklər, xüsusilə Trampın hakimiyyətə qayıdışı Cənubi Qafqazdakı hadisələrin də inkişafına təsir edəcək və Bakı-İrəvan danışıqları bu prosesdə əsas "siyasi döngə" rolunu saxlayacaq: "Regionda toqquşan maraqlar güc mərkəzlərinin Azərbaycan-Ermənistan problemlərindən bölgəyə "müdaxilə" üçün yararlana biləcəyi gözləntisini də önə çıxarır və istisna deyil ki, xüsusilə Qərb qüvvələri sərhəd məsələsini – "Ermənistan ərazisinə müdaxilə" iddialarını istifadə edə bilər; bu kontekstdə şimaldan cənuba doğru delimitasiyanın aparılması ilə bağlı məsələ maraqlı oyunçuların "sərhəddən giriş" imkanlarını neytrallaşdırmağa imkan verir".//Yenimusavat / konkret.az

Siyasi       Tarix: 25 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xəbər az son xabarlar sonxəbər