Təhsilə Cəmiyyətin 'Ekspert' müdaxiləsi

Təhsilə Cəmiyyətin 'Ekspert' müdaxiləsiSon illər məni ən çox düşündürən mövzulardan biri də, təhsilin ictimai bir "fikir bazar"ına çevrilməsidir. Artıq hər kəs özünü təhsil eksperti hesab edir; dərs metodikasından qiymətləndirməyə, dərsliklərdən ev tapşırıqlarına, kurikulumların hazırlanmasına, təhsil siyasətinin aparılmasına qədər - istənilən mövzuda qətiyyətlə fikir bildirənlərin sayı-hesabı yoxdur. Bir valideyn "uşaqlar yorulur, tapşırıq çoxdur" deyir, digəri "dərslik mürəkkəbdir", üçüncüsü isə "müəllim düzgün izah etmir", digəri "müəllimlər uşaqlarl düzgün davranmır, ay Çində belədir, finlandiyada" belə, kimi  iddiaları ilə çıxış edir. Bu cür müzakirələr o qədər geniş vüsət alıb ki, sanki təhsil, hər kəsin şəxsi təsərrüfatının idarəetməsi qədər sadə və hər kəsin ixtiyarında olan bir sahədir. Kim gəldi orda nəsə əkə, biçə bilər. Təəssüflər olsun ki, bu təkcə bizdə deyil, Hətta beynəlxalq arenada, məsələn, ABŞ-da "curriculum wars" (tədris proqramı müharibələri) adı altında valideynlərin tədris məzmununa müdaxiləsi, sosial media platformalarında "pedaqoji mütəxəssis" adıyla özünü təqdim edən şəxslərin əsassız yanaşmaları da adi hal alıb. Bu, təhsilin ictimai mülkiyyətə çevrilməsi kimi görünsə də, əslində mütəxəssis yanaşmasına zərbə vurulmasının bariz nümunəsidir. Əziyyəti çəkən isə müəllimlərdir! 
Bəli, müəyyən mənada, cəmiyyətin təhsilə olan marağı təqdirəlayiq və sağlam bir əlamətdir, çünki təhsil hər bir millətin gələcəyinin təməlidir. Lakin problem maraqda deyil, birbaşa müdaxilədə və səlahiyyət bölgüsünün pozulmasındadır. Bu gün valideynlər müəllimlərin rəhbərliyinə, sosial şəbəkələrdəki "ekspertlər" isə pedaqoji şuranın üzvlərinə çevriliblər. Nəticədə, illərini bu sahəyə həsr etmiş peşəkar müəllimin səsi ilə, təhsildən sadəcə ümumi məlumatı olan, lakin real pedaqoji təcrübəsi olmayan şəxslərin səsi ilə bir-birinə qarışıb, hətta bəzən boğulub.
Bu gün sinif otaqlarında yalnız uşaqlar deyil, həm də onların "virtual müşahidəçiləri" oturur. Pandemiya dövründə "Zoom" və digər platformalar vasitəsilə təhsilə daha yaxın olan valideynlər, sanki müəllimin sinfinə daxil olub bir daha oradan çıxmayıblar. Onlar ev tapşırıqlarından dərs planlarına, qiymətləndirmə mexanizmlərindən tutmuş, sinif idarəçiliyinə qədər hər bir detalı müzakirə edir, qoruxulus isə diktə etməyə çalışmalarıdır. Bu vəziyyət müəllimi özünün peşəkar qərarlarını daim müdafiə etmək məcburiyyətində qoyur. Halbuki müəllimlik peşəsi müdafiəyə deyil, yaradıcılığa, innovasiyaya və şagirdlərin fərdi inkişafına həsr olunmalıdır.
Müəllimlik peşədən daha çox missiyadır, əzizlərim! Bu narahatedici vəziyyətin əsasında isə bir neçə fundamental səbəb dayanır:
Birincisi, cəmiyyətin ümumi savadlılığı və informasiya əlçatanlığı artmasıdır. Hər kəs daha çox oxuyur, internet saysız-hesabsız məlumat mənbələrinə yol açır. Hər kəsin "Google"a, çatbotlara  əli çatır və bu, insanlarda özünü biliyin zirvəsində hiss etmə illüziyası yaradır. Lakin bu, həqiqi biliklə eyni deyil. Məlumatla bilik, xüsusilə də pedaqoji təcrübə arasında dərin bir uçurum var. İnternetdən tapılan bir məqalə, baxılan bir video və ya oxunan bir sosial media postu heç vaxt müəllimin illərlə qazandığı elmi-pedaqoji təcrübəni, sinif idarəetmə bacarıqlarını və şagird psixologiyası biliklərini əvəz edə bilməz. Məsələn, bir valideynin "Montessori" və ya "Reggio Emilia" kimi pedaqoji yanaşmalar haqqında oxuduğu bir-iki məqalə ilə, bu metodologiyaları illərlə tədris etmiş və tətbiq etmiş bir müəllimin bilik və bacarıqları eyni səviyyədə ola bilməz.
İkincisi, müəllim peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə azalıb. əvvəllər müəllimlər sayı az olsa da, cəmiyyətdə dərin hörmət və etimad sahibi idilər. Müəllim kəndin, məhəllənin ağsaqqalı, sözükeçən bir ziyalısı idi. İndi müəllimlərin sayı artsa da, onların nüfuzu təəssüf ki, paralel olaraq azalır. Sanki kəmiyyət artdıqca keyfiyyət və dəyər də çökür. Bu tendensiya, təəssüf ki, beynəlxalq arenada da müşahidə olunur; Finlandiya kimi ölkələrdə müəllimlik peşəsi yüksək statusa malik olduğu halda, bir çox digər ölkələrdə, xüsusilə də keçmiş Sovet məkanında müəllim əməkhaqqının aşağı olması, iş şəraitinin çətinliyi bu peşənin cazibəsini azaldır. Bu da cəmiyyətdə "hər kəs hər şeyi bilir" illüziyasını daha da gücləndirir, peşəkar bilik və təcrübəyə olan inamı sarsıdır. 
Üçüncüsü, sosial medianın sürətlə genişlənməsi. Bu platformalar hər kəsə öz fikirlərini, "təhsil konsepsiyalarını" və "metodologiyalarını" təqdim etmək üçün tribuna verib. Dünən sadəcə bir "blogger" olan şəxs bu gün özünü "pedaqoji mütəxəssis" və ya "təhsil influenseri" kimi təqdim edə bilir. Halbuki təhsil tək bir fənn və ya asanlıqla mənimsənilə bilən bir sahə deyil; o, kompleks bir sistemdir. Və hər bir sistem kimi, təhsil də yüksək məsuliyyət, dərin elmi əsaslar və davamlı peşəkar inkişaf tələb edir. Bu cür səthi yanaşmalar təhsilin fundamental prinsiplərini zədələyir. Hər ölkənin, hər şəhərin, hər kəndin, hər məktəbin, hətta hər sinfin öz xarakteri var. Hansısa başqa bir yerdə uğurlu olan metod, hansısa bir sinifdə uğurlu ola bilməz. Bunu sadəc müəllim müyyən edə bilir, harda nəyi, necə etmək lazımdır. 
Keçmişdə kəndlərdə "hacı" və "kərbəlayi" kimi titullar az sayda insana xas olduğu üçün onlara xüsusi hörmət göstərilərdi. İndi bu titullar geniş yayılıb və müəyyən mənada adiləşib. Çünki daha da əlçatandır və adamlar var ki, dəfələrlə həcc ziyarətinə gedir, indi kim deyə bilər ki, o hacılarla, bu hacıların hörməti eynidir? Müəllimlik peşəsi də oxşar aqibətlə üzləşir: sayı çoxalsa da, peşənin əsl dəyəri ucuzlaşıb. Bir zamanlar müəllimə peyğəmbər sənəti kimi baxan cəmiyyət, indi onu sosial şəbəkələrdəki asan tənqid hədəfinə, lağ mənbəyinə və statusların obyektinə çevirib. Bu, sadəcə Azərbaycana deyil, müəllimlik peşəsinin maliyyə vəziyyətinin aşağı olduğu, ictimai statusunun zəiflədiyi bir çox Şərqi Avropa və inkişaf etməkdə olan ölkələrə də xas bir tendensiyadır. Yazını yaza-yaza düşünürəm ki, doğrudan da mı müəllim peşəsi yox olmaqdadır? 
Axı, müəllim sadəcə bilik ötürən bir şəxs deyil, cəmiyyətin təməl dəyərlərini, mənəviyyatını formalaşdıran bir "ruh mühəndisidir." Onun hər sözünə, hər baxışına və münasibətinə qarşı həssas olmaq, əslində təhsil sisteminin özünü qorumaq deməkdir. Çünki təhsili müdafiə etmək, bir millətin gələcəyini, onun inkişaf və tərəqqi perspektivlərini qorumaq deməkdir.
Təhsil müzakirə olunmalıdır, lakin mütəxəssislər tərəfindən idarə edilməlidir.
Təhsil haqqında danışmaq, onun gələcəyi barədə düşünmək hər kəsin haqqıdır. Lakin onun istiqamətini müəyyənləşdirmək və idarə etmək hər kəsin işi deyil, mütəxəssislərin və dövlət siyasətinin məsuliyyətidir. Hər kəsin fikrini dinləmək vacibdir, lakin peşəkar müəllimin səsini boğmaq yolverilməzdir. Müəllim cəmiyyətin əsas istiqamətvericisi, bir növ "kompası"dır. Bu kompasın işinə müdaxilə olunanda, onun istiqamət göstərmə qabiliyyəti pozulur və nəticədə cəmiyyət də öz yolunu itirir.
Cəmiyyətin savadlı olması, əlbəttə ki, arzuolunandır. Lakin savadlı cəmiyyətlə dərin bilikli, peşəkar cəmiyyət arasında böyük bir məsafə var. Bu məsafəni qorumaq və peşəkar standartları saxlamaq üçün müəllimin səsinə qulaq asmaq, onun ixtisasına, illərlə qazandığı təcrübəyə və peşəkar biliklərinə hörmət etmək fundamental əhəmiyyət kəsb edir.
Təhsil, heç bir halda, yüngül yanaşılan bir "oyuncağa" çevrilməməlidir. Çünki o, bir millətin gələcəyinin, onun varlığının və inkişafının ən ciddi təməlidir. Və bu gələcəyin ən vacib memarı, bünövrəsini quran şəxs hələ də müəllimdir. Onu qorumaq və dəstəkləmək hər birimizin borcudur.
P.S. Bu yazıda cəmiyyətin müəllimə qarşı münasibətindən bəhs etsək də, ədalət naminə qeyd etmək lazımdır ki, müəllimlərin də öz daxili və xarici problemləri az deyil. Çox vaxt aşağı əməkhaqqı, artıq bürokratik yük, onları əsas vəzifələrindən – tədris və yaradıcılıqdan uzaqlaşdırır. Siniflərdəki şagird sayının həddən artıq çox olması, müxtəlif sosial-iqtisadi təbəqədən olan şagirdlərin fərdi ehtiyaclarını ödəmək zərurəti, valideynlərin tələbləri, cəmiyyətin gözləntiləri və bir də bunun üzərinə hər şeydə müəllimi günahlandırması əlbəttə ki, müəllimləri ağır psixoloji stress və peşə yanması vəziyyətinə salır. Bəzən onlar özləri də dəstəyə, dinlənilməyə və anlanılmaya ehtiyac duyurlar, lakin bunu ifadə etməyə imkan tapmırlar. Müəllimin də bir insan olduğunu, onun da öz problemləri, ehtiyacları və tükənmişlikləri olduğunu unutmamaq lazımdır. Bu, təhsil sistemindəki ümumi mənzərənin mühüm bir hissəsidir. Həm aşağıdan, həm də yuxarıdan qınan müəllimlər (sözsü ki, yaxşı müəllimdən, işinin peşəkarından söhbət gedir) çıxılmaz vəziyyətdə qalır və beləcə hədəfdən yayınırıq, hədəfdən yayınan mizrab isə utanır! / azxeber.com

Sosial     Baxılıb: 294   Tarix: 10 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İftarda bunlara diqqət edin

Ramazanda uzunmüddətli aclıqdan sonra iftar süfrəsində düzgün qidalanma sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. xəbər verir ki, həkimlər bildirirlər ki, gün ərzində oruc tutan şəxslər iftar zamanı tələskənli

Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR

Martın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.  xəbər verir ki, tədbirdə Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Azərbaycand

Kömürün qiyməti kəskin BAHALAŞDI

İsrail və ABŞ-nin İranda keçirdiyi əməliyyatlar və bunun nəticəsində Fars körfəzindən neftlə LNG tədarükündə yaranan risklər kömür bazarında bahalaşmaya səbəb olub. KONKRET.azmilliaz-a istinadən xəbər verir ki, son 24 saatd

Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. TDT Xarici İşlər Nazirlər

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadı

Naxçıvanda buraxılış imtahanları təxirə salındı

Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişdirilib. Bu barədə -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, martın 15-də Naxçıvanda keçirilməsi planlaşdırılan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılı

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.  xəbər verir ki, Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkət

Neft 110 dolları ötdü: Azərbaycana təsiri

Brent markalı neftin qiyməti 20 faizə yaxın artaraq bir bareli 110 dollardan baha satılır. Bu İran müharibəsi başladıqdan sonra neftin qiymətində 30 faizlik artımın olması deməkdir. Neftin qiymətindəki artımlar birjalar

Bakı metrosunda cibgirlik edən saxlanıldı

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb. Bu haqda -a DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pu


yeni xeberler son xeberler azerbaycan xeberleri ən son xəbərlər bugunun xeberleri xeber saytlari cəbhədən xəbərlər