İrəvanlı politoloqlar: "Ermənistan Azərbaycan ərazisinin bir qarışına belə iddia etməməlidir"

İrəvanlı politoloqlar: Ermənistandakı revanşist müxalif qüvvələr aylardır Azərbaycanla sülh danışıqlarını pozmağa çalışsalar da, İrəvanda bu cür yanaşmanın təhlükəli olduğunu anlayanlar az deyil. Onların fikrincə, Ermənistan heç bir halda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlardan, eləcə də Azərbaycanla sülh sazişindən imtina etməməlidir, çünki əks halda növbəti məğlubiyyətlə üzləşə bilər.
KONKRET.az xəbər verir ki, politoloq Stepan Qriqoryan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, indiki geosiyasi vəziyyətdə Ermənistan heç kimə arxayın ola bilməz.
"Böyük oyunçuların öz maraqlarını müdafiə etdiyi regionda hazırkı vəziyyət çox gərgin olaraq qalır", – Qriqoryan qeyd edib. – "Və kiçik ölkələr diqqətli olmalıdırlar, çünki onlar böyük təhlükə altındadırlar."
Qriqoryanın müsahibəsi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıda ATƏT-in Minsk Qrupunun artıq mövcud olmaması ilə bağlı bəyanatından sonra olub.
İrəvanda Qərbin və Moskvanın faktiki olaraq Minsk Qrupu formatından imtinası açıq-aşkar məyusluqla qarşılanıb.
Bu xüsusda qeyd etmək lazımdır ki, Bakıda Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin diqqətinə çatdırıb ki, Ermənistan Bakının sülh danışıqlarına başlamaq təklifinə hələ də cavab verməyib. Bundan sonra Ermənistan XİN İrəvanın Bakının təklif etdiyi beş prinsipi dialoq üçün məqbul hesab etdiyini və danışıqlara başlamağa hazır olduğunu bəyan edib. Amma məlum olduğu kimi, erməni tərəfi Bakının beş prinsipinə altı bəndlik əks təkliflə cavab verib, onlar razılaşdırıldıqdan sonra danışıqlara başlamağı təklif edib.
Əslində, "altı bənd" ideyası Ermənistanın sülh danışıqlarının başlanmasını gecikdirmək cəhdindən başqa bir şey deyil, çünki bəndlərdən birində Qarabağda yaşayan etnik ermənilər üçün "hüquqları və təhlükəsizliyi" ilə bağlı deyilən Azərbaycan qəbuledilməz bir mövqe var idi.
Xatırladaq ki, Azərbaycan tərəfinin rəsmi mövqeyi ondan ibarətdir ki, Xankəndində yaşayan etnik ermənilərin hüquqları və təhlükəsizliyi yalnız Azərbaycan Konstitusiyası əsasında təmin oluna bilər.
Deyəsən, bu mövqe nəhayət ki, İrəvanda da dinlənilir.
"Azərbaycan indi beynəlxalq ictimaiyyətə izah etməyə çalışır ki, Ermənistan sülh, sərhədin delimitasiyası və demarkasiyası istəmir", – deyə politoloq Stepan Qriqoryan "Azadlıq" radiosuna müsahibəsində bildirib. – "Ona görə də istəsək də, istəməsək də, biz bu proseslərdə iştirak etməliyik və heç bir halda "yox" deməməliyik".
Digər erməni politoloq Benyamin Poqosyan hesab edir ki, Ermənistan Qarabağdan əl çəkməli, bir qarış belə "itirilmiş" torpağı qaytarmaq barədə düşünməməlidir. Onun sözlərinə görə, Ermənistanın Qarabağda (Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində) yaşayan ermənilərin təhlükəsizliyini müstəqil şəkildə təmin etmək imkanı yoxdur.
Poqosyan qeyd edib ki, əgər Qarabağda xarici hərbi mövcudluq olmasa, o zaman, böyük ehtimalla, Azərbaycan oranı ələ keçirəcək.
Politoloqun fikrincə, Ermənistan tərəfinin də 2020-ci il Qarabağ müharibəsi nəticəsində itirdiyi ərazilərin geri qaytarılmasını uzun müddət unutmaq lazımdır. Poqosyan etiraf edir ki, Ermənistan Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Hadrut və digər rayonların məskunlaşmasına mane ola bilməz.
"Bu şəraitdə Ermənistan tərəfi iki məsələyə diqqət yetirməlidir", – Benjamin Poqosyan vurğulayıb. – Birincisi, hər şeyi etmək ki, "Dağlıq Qarabağ"da xarici hərbi mövcudluq mümkün qədər uzun müddət qalsın, ikincisi, üç min kvadratkilometrə yaxın ərazidə yaşayan Qarabağ ermənilərinin sayı heç olmasa, azalmasın. Ermənistan diqqətini bu iki məsələyə yönəltməlidir. Qalan hər şey bizim imkanlarımız xaricindədir".
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 28 iyun 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan

Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın Baş Qərargah rəislərini təcili şəkildə toplayıb. xəbər verir ki, Ər-Рияд krallığın sərhədyanı bölgələrinə İran tərəfindən dəstəklənən husilər tərəfindən ballistik raketlər və PUA-larl

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son.xabar sonxeber az cəbhədən video