İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜ

İş adamı Qurban Piriyev yarım milyon İTİRDİ: Məsələdə adı hallanan qadın ÖZÜNÜ ÖLDÜRDÜHava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəmə araşdırması davam edir.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Qurban Piriyev ifadə verib.
Bu iş üzrə zərərçəkən Piriyev iş adamıdır. O, əvvəllər dövlət qurumlarında da işləyib. Təqsirləndirilən şəxslərlə onu istintaqın əvvəlində intihar edən həmyerlisi Hürü Əmiraslanova tanış edib.
Zərərçəkmiş hakim qarşısında da təsdiq edib ki, o, Bakıdaxili rayonlardan birinə icra başçısı düzəlməsi üçün pul verib. Amma təklif ondan deyil, qarşı tərəfdən gəlib:
"Hürü dedi ki, mənim yüksək vəzifələrdə əlim çatan adamlar var. Vəzifəli şəxslərin adını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurama imiş… Açığı, mən heç icra başçısı olmaq istəmirdim. Çünki səhhətim buna imkan vermirdi.
Bütün bu işlərin başında duran Qoşqardır. Məni o yola gətirdi. Onun göstərişi ilə Rasimə pul vermişəm".
Piriyev icra başçısı düzəlmək üçün R.İldırımın adamlarına ümumilikdə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib:
"544 min manatlıq ziyanın bu günə kimi bir hissəsini geri qaytarıblar. Şikayətçiyəm, qalan hissənin də tam ödənilməsini tələb edirəm".
Proses martın 18-i davam edəcək.
Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslər üçü də əvvəl həbs olunublar, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.

Hadisə       Tarix: 25 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun son xeberler bugun xeberler sonxeber.az