İş adamı Vaqif Hacıyev intihar etdi - DETALLAR

İş adamı Vaqif Hacıyev intihar etdi - DETALLARBakı Apellyasiya Məhkəməsində özünü öldürmə həddinə çatdırma, dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Səbuhi Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, 6 yanvar 2021-ci il tarixində iş adamı Vaqif Hacıyevin intihar etməsindən bir neçə gün əvvəl sahibi olduğu şirkətdə sahə rəisi işləyən 1972-ci il təvəllüdlü Sübhi Heydərovun hüquq-mühafizə orqanlarına şikayət etməsi məlum olub.
Aparılan araşdırmalarla izolyasiya materialları biznesi ilə məşğul olan sahibkarı intihara məhz öz işçisinin məcbur etməsi üzə çıxıb. Bundan sonra Sübhi barəsində Cinayət Məcəlləsinin 125, 178 və 182-ci (özünü öldürmə həddinə çatdırma, dələduzluq, hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb.
Məlum olub ki, Vaqif Hacıyev tikinti sahəsində tanınmış iş adamı olub. O, bir neçə il əvvəl Ceyranbatan qəsəbəsində tanışından iki ev alıbmış. Lakin ev sahibinin oğlu olan Mahir (şərti) adlı şəxs həmin mənzilləri sonradan öz adına keçirdiyindən Vaqif Hacıyevin verdiyi pullar batıb və onun Mahirlə problemləri yaranıb. Bunu öyrənən Sübhi işlədiyi şirkətin rəhbərinə Mahiri cəzalandırmağı, onun həbsini təşkil etməyi təklif edib. O, əvvəllər bir neçə ay həbsxanada olduğunu və bir neçə tanışı vasitəsilə Mahirin avtomobilinə narkotik yerləşdirib sonra polisə məlumat verəcəyini və həmin şəxsin həbsinə nail olacağını deyib. Vaqif Hacıyev bu təkliflə razılaşıb və bu işə görə Sübhinin tələb etdiyi 19 min manatı verib.
Bundan sonra Sübhi Vaqif Hacıyevə Mahirin bu işdə onun əlinin olduğunu öyrəndiyini, həmçinin işə qoşduğu şəxslərin ələ keçmək riskinin olduğunu bildirərək pul tələb etməyə başlayıb. Sübhi həmin pulları qarşı tərəfə Vaqif Hacıyevin adının verilməməsi, işin hüquq-mühafizə orqanlarında ört basdır edilməsi adı ilə almağa başlayıb. V.Hacıyevin cinayət məsuliyyətinə cəlb olunacağına dair yalanlar söyləyən, onun barəsində müxtəlif rüsvayedici məlumatlar yaymaqla həqiqətən cinayət məsuliyyətinə cəlb olunacağına inam yaradan Sübhi uzun müddət ərzində mütəmadi olaraq onu aldatmaqla və hədə-qorxu gələrək özünün psixoloji təsiri altına salıb özündən tam asılı vəziyyətə gətirməklə, ümumilikdə 646 195 manat məbləğində pulunu ələ keçirib. Nəticədə, Vaqif Hacıyevdə stres, həyəcan, təşviş, gərginlik səviyyəsinin artaraq reaktiv depressiv hal yaranıb. 2 yanvar 2021-ci il tarixində isə Sübhi növbəti dəfə Vaqif Hacıyevin Nəsimi rayonundakı ofisindən pul alıb çıxarkən tutulub. Bundan sonra Vaqif Hacıyev özünün də rüsvay olacağını düşünərək, 6 yanvar 2021-ci il tarixində saat 12 radələrində bağ evində özünü asaraq intihar edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iş adamını intihara sövq edən, ona qarşı dələduzluq etmiş və hədə-qorxu yolu ilə 650 min manata yaxın pul almış şəxsə 15 il həbs cəzası verilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün dəyişdirilərək, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş maddələrin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsini xahiş edib.//Pravda.az

Hadisə       Tarix: 30 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər xeber.az son xeberler sou xeberler bugun cəbhədən son durum