İŞÇİ AXTARILIR: aylıq maaş 10 MİNDİR - FOTO
Türkiyənin Siirt vilayətinin kəndlərində fermerlər heyvanlarını otarmağa çoban tapa bilmirlər.
Publika.az xəbər verir ki, əkinçilik və heyvandarlıqla məşğul olmaq istəməyən gənclər onlara fermerlər tərəfindən təklif olunan 10 min lirə (təxminən 1230 manat) maaşı qəbul etmirlər.
Sürü sahibi Zeki İmaç qışın gəlişi ilə heyvanlarına baxmağa, onları isti bölgələrə aparmağa çoban tapa bilmədiklərini deyib və heyvandarlıqla məşğul olmaq üçün işçilərin yoxluğundan şikayətlənib.
Qışda heyvanlara qulluq edəcək işçi tapa bilmədikləri üçün ailə üzvləri ilə növbəli şəkildə çobanlıq etdiklərini deyən fermer yorucu və tələbkar iş olduğu üçün heç kimin bu sahəyə üstünlük vermədiyini qeyd edib: "Hazırda Siirtdəyik, Şırnakdan Cizrəyə gedirik. Çobanlıq çox çətindir. Onlara ayda 10 min lirə təklif etsək də, çoban tapa bilmirik. "Gəlirlər, bir həftə işləyirlər, sonra isə qaçıb gedirlər. Buna görə də özümüz məşğul oluruq. İllərdir heyvandarlıqla məşğul oluruq, çətin bir peşədir".

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var