İşçiləri daşıyan mikroavtobus aşdı: 2 nəfər öldü, 13 nəfər yaralandı
Türkiyənin Karaman bölgəsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb, nəticədə 2 nəfər ölüb, 13 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, qəza səhər saatlarında baş verib.
Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Yaralılar təcili yardımla Karaman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.