İşğal dövründə yararsız hala düşmüş kanal istifadəyə verildi

İşğal dövründə yararsız hala düşmüş kanal istifadəyə verildiGoranboy rayonunun Tapqaraqoyunlu kəndində uzun illər işğal səbəbindən yararsız vəziyyətə düşən suvarma kanalı bərpa edilərək yenidən istifadəyə verilib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, İncəçay çayından qidalanan və ümumi uzunluğu 7 km olan Tap suvarma kanalını Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi texnikaların köməyi ilə bərpa edib, lil və kol-koslardan təmizləyib. Bunun nəticəsində Tapqaraqoyunluda 1 500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb.
Bundan əlavə, rayon ərazisində suvarma sistemlərinin daha səmərəli işləməsi üçün 986 ədəd subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanalları istismara verilib. İl ərzində 1035 subartezian quyusunun nasosları cari təmir edilib, 46 yeni nasos alınaraq quyulara quraşdırılıb.
Bu il rayonda bir sıra əsaslı və cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə məhsuldarlığını tamamilə itirmiş 34 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanacaq. Eyni zamanda, istismar müddətini başa vurmuş Səfikürd nasos stansiyasının I pilləsində 1020 mm-lik boru xəttinin nəzərdə tutulan 9 km-lik hissəsinin 400 metri bu il yenisi ilə əvəz olunacaq.
Bunlarla yanaşı, içməli su təminatının yaxşılaşdırılması məqsədilə 11 kənddə yeni içməli su xətlərinin çəkilməsi, su anbarlarında və boru xətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda rayon əhalisinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Goranboy rayonunda və Murovdağ – Goranboy su kəməri ətrafında yerləşən kəndlərdə abonentlərə 24 saat fasiləsiz içməli su verilir. Əvvəllər Veyisli kəndinin Yeni qəsəbəsinə su günaşırı verilirdisə, hazırda gündəlik təmin edilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndində isə əhalinin tələbatına uyğun olaraq su təminatı həyata keçirilir.

Hadisə       Tarix: 28 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi

Zaqatalada avtomobil piyadanı vurub. -a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Rusiyalı sürücünün idarə etdiyi Gürcüstana məxsus iri yük avtomobili (TIR) Zaqatalanın Faldarlı kənd sakini 66 yaşl

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Bakıda 20 yaşlı oğlanı bıçaqladılar

Bakıda bıçaqlanma hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb. Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov kəsici-deşici xəsarətlərlə xəstəxanay

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun son xeberler bugun xeberler sonxeber.az